Azərbaycan xalqını dünyaya qalib xalq kimi tanıdan Qəhrəman Sərkərdə, yenilməz Lider
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyükül məsələləri, planları,
işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək.
Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən, müstəqil Azərbaycan dövlətini inamla inkişafa və tərəqqiyə doğru aparan möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi sayəsində ölkəmiz gündən-günə inkişaf edir, gözəl, abad, yaraşıqlı bir diyara çevrilir.
Dövlət başçısı cənab İlham Əliyevin ardıcıl olaraq qəbul etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları ilə Azərbaycanımızın ən ucqar şəhər, qəsəbə və kəndləri, bütün bölgələr sürətlə inkişaf edir. Respublikanın rayonlarında aparılan tikinti-quruculuq işləri ilə abadlığa çevrilən yurdumuzda insanların firavan yaşayışı üçün ideal şərait yaranır.
Astara rayonunda da son illərdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar genişmiqyaslı tədbirlər uğurla həyata keçirilmişdir. Bu məqsədlə cənab Prezidentin imzaladığı Sərəncamlarla ayrılan vəsait hesabına rayonun şəhər, qəsəbə və kəndlərində çoxlu tikinti-quruculuq, abadlıq işləri görülmüşdür.
Astara şəhərinin mərkəzində ən müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzi, Gənclər evi, Astara Olimpiya-İdman kompleksi, Astara Boks Mərkəzi, 40-dan çox yeni tikilmiş, yaxud əsaslı təmir olunaraq istifadəyə verilmiş məktəblər, uşaq bağçaları, yenidən qurularaq əsaslı təmir olunan Astara Rayon Mərkəzi xəstəxanası, yeni tikilmiş inzibati idarə və yüksək səviyyədə təmir edilmiş ictimai yaşayış binaları, 10 kilometrlərlə şəhərdaxili və kənd ara yolları, Astara şəhərinə çəkilən içməli su şəbəkəsi, rayon ərazisindən keçən çaylarda aparılan sahilbərkitmə işləri, şəhid ailələri, Qarabağ və Çernobıl əlilləri üçün 2 çoxmərtəbəli ictimai yaşayış binası və fərdi yaşayış evləri, Astara şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binası və torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş şəxslər üçün 36 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir.
Bundan əlavə Astara şəhərinin prospekt və küçələrinin yenidən qurularaq müasir işıqlandırma sistemi ilə təmin edilməsi, çoxmərtəbəli ictimai yaşayış binaların əsaslı təmiri son illər görülən işlərdir.
Ölkə Prezidenti cənab İlham Əliyev səkkiz dəfə rayonumuza səfər etmiş, hər gəlişi Azərbaycanın bu cənub şəhərinin gözəlliyinə yeni rəng, yaraşığına yeni yaraşıq gətirmişdir. Rayonumuz üçün mühüm əhəmiyyət kəsb edən obyektlərin təməl qoymasında və açılışında iştirak edən cənab Prezident sakinlərin yaddaşında qurucu, yaradıcı Rəhbər, qayğıkeş insan kimi qalmışdır.
Prezident İlham Əliyev 2004-cü ilin noyabrında rayonumuza ilk səfərində Astara şəhərinin mərkəzində müasir memarlıq üslubunda tikilmiş “Şindan” hotelinin, Astara yük terminalının, Astara 2 saylı çay fabrikinin açılışında iştirak etmiş, sərhəd dəstəsində sərhədçilərimizin hazırlıq səviyyəsi ilə tanış olmuşdur. Prezidentini böyük sevgi və coşquyla qarşılayan insan kütləsini mehribanlıqla dinləyərək, qaldırılan məsələlərin operativ həllinə tapşırıqlar vermişdir.
Bu səfərdən bir il sonra ölkə rəhbəri 2005-ci ilin sentyabrında yenidən rayonumuza səfər edərək Astara Modul elektrik stansiyanın təməlini qoymaqla beynəlxalq əhəmiyyətli Astara Qaz-kompressor stansiyasının birinci blokunun açılışında iştirak etmişdir.
2006-cı ilin fevralında cənab Prezident Astara Modul elektrik stansiyanın açılışını etmişdir. Həmin səfər zamanı Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyeva da rayonumuzda olmuş, Heydər Əliyev fondu hesabına tikilmiş 700 şagird yerlik Təngərüd kənd orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir.
15 aprel 2011-ci ildə möhtərəm Prezidentin rayonumuza dördüncü tarixi səfəri daha məhsuldar olmuş,19 km uzunluğunda Astara–Bala Şahağac yolunun, şəhərin mərkəzində ən müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzinin, Gənclər evinin, Astara gömrük buraxılış məntəqəsinin yeni inzibati binasının, Astara Qaz-kompressor stansiyasının ikinci blokunun açılışında iştirak etmiş, İstisu su elektrik stansiyasının təməlqoymasını etmiş, Astara Olimpiya-İdman kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.
13 mart 2012-ci il tarixdə cənab İlham Əliyev rayonumuza səfəri zamanı əsaslı təmir olunaraq yenidən qurulmuş Astara rayon Mərkəzi xəstəxanasının, Astara Olimpiya-İdman kompleksinin, YAP rayon təşkilatı üçün yeni inzibati binanın və Kijəbə-Qəcimardə, Kijəbə-Ojakəran yolunun açılışında iştirak etmişdir.
04 sentyabr 2013-cü ildə ölkə prezidenti cənab İlham Əliyev rayona növbəti səfərində Astara Mərkəzi Xəstəxanasının ikinci korpusunun, Astara Boks Mərkəzinin, Ərçivan-Şüvi-Qapıçıməhəllə avtomobil yolunun və Astara sərhəd dəstəsi üçün inşa edilmiş çoxmərtəbəli yaşayış binasının açılışlarını etmişdir.
11 aprel 2015-ci il tarixdə ölkə Prezidenti rayona səfəri zamanı Astara çay fabrikinin, 12 min nəfərin yaşadığı 21 km uzunluğunda Deqədi- Pəlikəş avtomobil yolunun və Astara şəhərinin dənizkənarı park-bulvar kompleksinin birinci hissəsinin açılışlarını etmişdir.
15 oktyabr 2018-ci ildə cənab Prezident rayonumuza səfərində tikintisi başa çatmış park-bulvar kompleksinin ikinci hissəsinin və beynəlxalq əhəmiyyətli Ələt-Astara avtomobil yolunun açılışını etmişdir. Hər səfərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən ölkə rəhbəri sakinlərlə səmimi söhbətlər etmiş, qayğıları, problemləri ilə maraqlanmış, qaldırdıqları məsələlərin operativ həlli üçün tövsiyə və tapşırıqlarını vermişdir.
Astara rayonunda cənab Prezidentin yüksək diqqət və qayğısı ilə görülən işlər sadalamaqla qurtarmaz. Ən müasir memarlıq üslubunda salınan park-bulvar kompleksi və rayonun ən ucqar dağlıq əraziləri olan, mərkəzdən 35-45 km aralıda yerləşən, 30 min nəfər əhalinin yaşadığı 45 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş, Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi Astaramızın tarixində unudulmaz hadisələrdəndir.
Cənab Prezidentin Sərəncamı ilə mövcud olduğu tarixi ərzində yolu və işığı olmayan Dolu, Diqo, Avyarud, Sibiyyət kəndlərinə də avtomobil yolu və elektrik xətti çəkilmişdir. İllərdir həsrətində olduqları ən böyük arzularına çatan sakinlər - kiçikdən böyüyə hər kəs bu rahatlığa, firavanlığa görə, Vətənə, Vətənin hər bir guşəsinə hədsiz sədaqətlə yanaşan, hər bir vətəndaşını böyük məhəbbətlə sevərək, yüksək diqqət və qayğıyla əhatə edən cənab Prezidentə sonsuz məhəbbətlərini, dərin minnətdarlıqlarını bildirirlər.
Müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.
İnsanların xəyallarına gətirmədiyi bu cür möhtəşəm layihələrin reallaşması, ən ucqar kəndlərimizin hərtərəfli, sürətli inkişafı, cənab Prezidentin ölkə vətəndaşlarına olan hədsiz diqqət və qayğısının davamlı sübutu, müstəqil Azərbaycanımızın sürətli inkişafının bariz nümunəsidir.
Bəli, Astaramız gündən-günə gözəlləşir. Təkcə rayonumuzda deyil, bütün bölgələrdə aparılan nəhəng tikinti və quruculuq işləri ölkə rəhbəri möhtərəm Prezidentimizin xalqımıza göstərdiyi hədsiz qayğı və diqqətinin parlaq təzahürüdür. Bu yüksək inkişafı seyr etdikcə, müstəqil, qüdrətli Azərbaycanımızın bugünkü yüksək inkişafından sevinir, qürurlanır, ölkə rəhbərinə alqış keçir ürəyimizdən.
İnanırıq ki, ölkəmizdəki siyasi sabitlik, iqtisadi yüksəliş və öz Prezidentinə hədsiz inanan xalqla rəhbərin sıx birliyi bundan sonra da müstəqil dövlətimizi daha böyük inkişafa, xalqımızı firavanlığa qovuşduracaqdır.
Möhtərəm cənab Prezident!
Astara ictimaiyyəti Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, can sağlığı, müstəqil Azərbaycanımızın daha da inkişafı, xalqımızın parlaq gələcəyi naminə gördüyünüz möhtəşəm işlərdə böyük uğurlar arzulayır.
Siz ən çətin, həlli mümkünsüz hesab edilən məsələlərin öhdəsindən bacarıqla gələn, anında və düzgün qərarlar qəbul etmək bacarığına malik olan müdrik və təcrübəli dövlət xadimi, yenilməz Lidersiniz.
Siz zəkanızın qüdrəti, siyasi iradəniz, müdrikliyiniz, fenomenal idarəetmə bacarığınız, cəsarətiniz və qətiyyətinizlə uzun illər düşmən tapdağında olan doğma torpaqlarımızı azad edərək xalqımızı qalib, müzəffər xalq kimi bütün dünyada tanıtdınız. Siz bizə misli görünməyən hədsiz qələbə sevincini bəxş edən Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, Müdrik Rəhbər, bacarıqlı diplomat kimi qəlbimizdə yaşayırsınız.
Müstəqil Azərbaycan Sizin yorulmaz fəaliyyətiniz nəticəsində uca zirvələrə doğru inamla irəliləyir. Gördüyünüz möhtəşəm işlər dövlətimizin nurlu sabaha qovuşmasına, xalqımızın daha xoşbəxt və firavan yaşamasına xidmət edir.
Sizi ömrünüzün bu xoş günü münasibətilə bir daha təbrik edir, dərin hörmət və ehtiramımızı bildiririk.
Astaralılar Sizi sevir, daim Sizinlədir.
Allah Sizi və ailənizi qorusun!