Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Ojakəran kənd sakinləri ilə görüşü

07 sentyabr 2012 | 15:00

Özünün geniş, çay plantasiyaları, sitrus bağları və heyvandarlıq təsərrüfatları ilə şöhrət tapmış rayonun yeganə qəsəbəsi olan Kijəbə qəsəbəsinin kəndlərindən biri də dağlara sığınmış Ojakəran kəndidir. Bu kənd müstəqillik dövründə daha da inkişaf etmiş, yaraşıqlı fərdi evlər tikilmiş, təsərrüfatların sayı xeyli artmışdır.
6 sentyabr 2012-ci ildə Astara rayon icra hakimiyyətinin başçısı Q.Ağayev burada əhali ilə görüş və səyyar qəbul keçirmişdir. Görüşdə kənd barədə məlumat verən Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə R.Babayev burada 462 təsərrüfatda 2036 nəfər əhalinin yaşadığını qeyd etmişdir.
Kənd sakinlərindən Ə.Talıbov, Ş.Talıbov, S.Məlikov, N.Talıbov və başqaları çıxış edərək əhali ilə yerlərdə tez-tez görüşlər keçirib arzu və təkliflərini dinlədiyinə görə rayon icra hakimiyyətinin başçısı Q.Ağayevə minnətdarlıq etmiş, elektrik naqilləri və dirəklərin dəyişdirilməsi, kənddə ikinci transformatorun quraşdırılması, Ojakəran-Burzubənd yolunun asfaltlaşdırılması, Ojakəran-Burzubənd kəndlərinin sərhədlərinin müəyyənləşdirilməsi, kəndə içməli suyun çəkilişi barədə təkliflər verilmişlər.
Rayon icra hakimiyyətinin başçısı qəbulda söylənən fikirlərə aydınlıq gətirmişdir. O, qeyd etmişdir ki, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil dövlətimizin inkişafına yönələn siyasətin uğurlu nəticəsi olaraq regionlarda, kəndlərimizdə sosial problemlərin həllinə böyük qayğı və diqqətlə yanaşılır. Yeni məktəb binaları tikilir, yollar çəkilir, hər yerdə geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Hazırda rayonumuzda 11 yeni məktəb binasının tikintisi davam etdirilir. Nazirlər Kabinetinin komissiyası tərəfindən rayonun məktəblərinə, o cümlədən, Burzubənd məktəbinə baxış keçirilmiş, məktəbin tikintisinə 2013-cü ildə başlanması nəzərdə tutulmuşdur.
Elektrik naqilləri və dirəklərin dəyişdirilməsi, kənddə ikinci transformatorun quraşdırılması məsələsi də gündəmdə olan problemlərdəndir. Bu məsələlər də tədricən həllini tapacaqdır. Kəndin digər sosial problemlərindən biri olan Ojakəran-Burzubənd yolunun asfaltlaşdırılması ilə bağlı təklifə də baxılacaqdır.
İçməli su çəkilişi ilə əlaqədar təkliflə bağlı onu deyə bilərəm ki, iki istiqamətdən – Sım kəndindən və Xanbulan dəryaçasından rayona suyun çəkilişi nəzərdə tutulmuşdur. Bu layihələr həyata keçirilərsə bu problem də həllini tapacaqdır. Bu gözəl, səfalı, mənzərəli kəndinizin sosial-iqtisadi inkişafı üçün vacib olan məsələlərin həllində sizə daim yardımçı olacağıq. Hamınıza müvəffəqiyyətlər arzu edirəm.
 

Keçidlər