Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Kakalos kəndində səyyar qəbul və görüş

28 mart 2022 | 16:00

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kəndində səyyar qəbul keçirmiş, əhali ilə görüşmüşdür. Hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə kənd sakinləri onları düşündürən, narahat edən məsələlər barədə fikir mübadiləsi aparmışlar.

Səyyar qəbul-görüşdə iştirak edənlərin arzu və təklifləri dinlənilmiş, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Sakinlər çıxışlarında respublikada və rayonda aparılan quruculuq-abadlıq işləri və sosial layihələrdən razılıqla danışaraq, rahat yaşayışlarının təmin edilməsindən ötrü həyata keçirilən tədbirlərə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Eyni zamanda pandemiyadan sonra yenidən əhali ilə görüşə gələrək yaşadıqları kənddə səyyar qəbul keçirdiyinə və söylənən təkliflərə həssaslıqla yanaşdığına görə icra başçısından razılıq etmiş, elektrik xətt təsərrüfatının yenidən qurularaq SİP kabelləşmənin başa çatdırılması və məhəllə yolunun  təmirinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev səmimi görüşə görə sakinlərə minnətdarlıq etmişdir.                 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən danışaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət barədə iştirakçıları məlumatlandırmışdır. Bildirmişdir ki, Vətən müharibəsinin qələbəmizlə başa çatmasında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, yüksək siyasi və hərbi bacarığı ilk növbədə qeyd edilməlidir. Ordumuzun əsgər və zabitləri də bundan güc alaraq quldur, qaniçən düşməni məğlubiyyətə uğradaraq xalqımızın 30 illik torpaq həsrətinə son qoydular. Hazırda Azərbaycan dünyada qalib ölkə kimi tanınır və uğurlu tərəfdaş kimi qəbul edilir.  

İcra başçısı qeyd etmişdir ki, həyatımıza, yaşayış tərzimizə təsir edən pandemiyaya görə digər tədbirlərdə olduğu kimi yerlərdə əhali ilə görüşlərə də fasilə verilmişdi. Müəyyən məhdudiyyətlər aradan qaldırılandan sonra yenidən sizinlə görüşmək imkanı yaranmışdır. Bundan sonra mütəmadi görüşlərimiz olması üçün qaydalara əməl olunmalı, vaksin olunmayanlar mütləq vaksinasiyadan keçməlidirlər.

Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərdə əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində son illər xeyli iş görülmüş və görülməkdədir. Ərazidə demək olar ki, problemli bir məsələ qalmamış, əhalinin rahat yaşayışının təmin edilməsi üçün lazım olan əsas işlər görülüb başa çatdırılmışdır. Hazırda Qamışoba kəndində turizmin inkişafına təkan verəcək böyük layihə həyata keçirilir. Burada müəyyən işlər görülmüş, nəzərdə tutulan layihə çərçivəsində işlər davam etdirilir. İnşa ediləcək yaşayış kompleksləri, istirahət yerləri, restoranlar və digər turizm infrastrukturları əraziyə turist axınını gücləndirəcək ki, bu da yeni iş yerlərinin açılmasına, əhalinin dolanışığına öz müsbət təsirini göstərəcək.

Müstəqil dövlətimiz inkişaf etdikcə, iqtisadiyyatımız gücləndikcə bu cür sosial layihələrin sayı da artmaqda davam edəcək.

Bütün bu işlərə görə ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevə minnətdarıq. Əminliklə söyləyə bilərəm ki, xalqımızın maddi həyat və məişət şəraitinin daha da yaxşılaşması, rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezident tərəfindən hələ çox böyük işlər görüləcəkdir.  

Sonra rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Tərəqqi medallı, Fəxri Mədəniyyət İşçisi, “Əvəsor” Folklor Xalq Kollektivinin rəhbəri, Fərbiyyə Şabanova ilə görüşmüş, səhhəti ilə maraqlanmış, onu 81 yaşı  münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir.   

Keçidlər