Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Təhsildə böyük uğura imza atan məzunla görüş

30 mart 2022 | 16:00

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ABŞ-nın Massaçusest Texnologiya İnstitutunun (MİT) təqaüdünü qazanan Salman Hüseynovla görüşmüşdür.

Məlumat üçün bildirək ki, Salman Hüseynov Pensər kənd 2 saylı məktəb-liseyin XI sinfində oxuyur. O, IX sinifdə Kimya fənni üzrə bürünc, X sinifdə isə qızıl medala layiq görülmüşdür. X sinifdə oxuyarkən Beynəlxalq Mendeleyev Olimpiadasının və 52-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçısı olmuşdur. 2021-ci ildə Yaponiyada keçirilən 53-cü Beynəlxalq Kimya Olimpiadasında 3-cü yeri əldə edərək bürünc medal qazanmışdır. O cümlədən, IX sinifdə beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərə başlamış, sonra İELTS imtahanı verərək 9 bal üzərindən 8 bal, daha sonra SAT imtahanında 1600 bal üzərindən 1520 bal toplayaraq Massaçusest Texnologiya Universitetinin (MIT) təqaüdünü qazanıb.

İcra başçısı dünyanın ən mötəbər ali təhsil müəssisənin təqaüdünü qazanan Salman Hüseynovu bu yüksək uğur münasibəti ilə təbrik edərək gələcək təhsilində müvəffəqiyyətlər arzulamışdır. Qeyd etmişdir ki, ali məktəblərə yüksək balla daxil olan gənclərlə hər il görüşür, tələbə adını qazanmış bütün məzunları, onların valideynlərini və müəllimləri təbrik edir, uğurlar arzulayıram. Bu görüşümüz isə onlardan fərqlidir. Çünki sənin bu böyük müvəffəqiyyətin bir astaralı məktəblinin timsalında Azərbaycan məktəblisinin, azərbaycanlı gəncin dünyada qazandığı uğurdur.

İcra başçısı bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyev təhsilin inkişafını həmişə diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Dövlətimizin yaratdığı yüksək şəraitin bariz nümunəsidir ki, gənclərimizin uğurları ilbəil artır.

Bu işdə əməyi olan müəllimlərinə, valideynlərinə təşəkkürümü bildirirəm. Ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verməyi, Vətənə, dövlətə ləyaqətli övlad olmağı arzulayıram.

İcra başçısı Salmanın atası, həm də onun kimya müəllimi Zaman Hüseynova yüksək mənəvi keyfiyyətə malik tərbiyəli, savadlı övlad böyüdüb tərbiyə etdiyinə görə minnətdarlığını bildirmiş, işində müvəffəqiyyətlər arzulamışdır.

Zaman Hüseynov gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılığını bildirmiş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq etmişdir.

Salman Hüseynov dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsili və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəyini söyləmişdir. 

İcra başçısı təhsildə yüksək nailiyyət qazanmış Salman Hüseynova Fəxri Fərman və hədiyyə təqdim etmişdir.

 

Keçidlər