Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Örl Litzenberqer Astarada

31 mart 2022 | 16:00

ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri cənab Örl Litzenberqer Astarada səfərdə olmuş və rayon icra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevlə görüşmüşdür.

Səfər zamanı səfiri  ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndəsi və digər qonaqlar müşayiət etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Səfiri və onunla gələn  nümayəndə heyətinin salamlamış, Astara rayonunun sosial-iqtisadi inkişafı, turizmi, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti, fəaliyyət göstərən sənaye və emal müəssisələri haqqında geniş və ətraflı məlumat vermişdir. Astaranın sərhəd rayonu olduğundan mühüm strateji əhəmiyyət daşıması, ölkə rəhbərliyi tərəfindən rayonumuza daim diqqət və qayğı göstərilməsi, abadlıq və quruculuq işlərinin ilbəil genişləndirilməsi diqqətə çatdırılmışdır.

Qeyd edilmişdir ki, Azərbaycan-ABŞ dostluq və diplomatik əlaqələrinin əsası 30 il bundan əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daha da inkişaf etdirilən dostluq əlaqələri mühüm əhəmiyyət daşıyır.

İcra başçısı tərəfindən səfir cənab Örl Litzenberqeri maraqlandıran suallar cavablandırılmış, rayonda kənd təsərrüfatının, o cümlədən subtropik meyvəçiliyin, sitrusçuluğun, çayçılığın və çəltikçiliyin inkişafı üçün görülmüş işlər, müasir innovativ üsullarla salınmış intensiv meyvə bağlarında yaradılmış şərait barədə geniş məlumat verilmişdir. Eyni zamanda bu sahədə qarşılıqlı işgüzar əlaqələrin qurulması, kənd təsərrüfatı mütəxəssislərinin təcrübə mübadiləsinin aparılması, ABŞ investorlarının və turistlərinin Astara rayonuna cəlb edilməsindən ötrü fikir mübadiləsi aparılmışdır.   

ABŞ-ın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri cənab Örl Litzenberqer rayon İcra hakimiyyəti başçısı tərəfindən səmimi və işgüzar görüşün təşkilinə görə dərin təşəkkür və minnətdarlıq etmişdir. Səfir ABŞ-Azərbaycan əlaqələri çərçivəsində ölkəmizdə, o cümlədən Astarada  görülmüş işlər barədə məlumat vermiş, gələcəkdə burada həyata keçiriləcək layihələr barədə veriləcək təkliflərin müsbət həlli üçün çalışacağını bildirmişdir.

Astaranın Azərbaycanın çox gözəl və səfalı guşəsi olduğunu vurğulayan səfir, bundan sonra tez-tez səfər edəcəyini qeyd etmişdir.

Səfər çərçivəsində səfir cənab Örl Litzenberqer Astara Gömrük Keçid Məntəqəsində ABŞ tərəfindən təqdim olunan avadanlıqların işinə baxış keçirmiş, Astara Pedaqoji Kollecində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən təşkil olunan Laboratoriyanın kompüter otağının açılış mərasimində iştirak etmişdir.

Sonra səfir rayonda görülmüş işlər və gəzməli-görməli yerlərlə tanış olmuşdur.

Keçidlər