Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda “Əmək yarmarkası” keçirilmişdir

19 sentyabr 2012 | 15:00

18 sentyabr 2012-ci il tarixdə Astara rayonunda “Əmək yarmarkası” keçirilmişdir.
Yarmarkanın keçirildiyi rayon mərkəzi kitabxanasına gələn vətəndaşların əksəriyyəti gənclər idi. Yarmarkada asılmış xüsusi lövhədə iş yeri təklif edən 25 idarə, müəssisə və təşkilatların, bələdiyyələrin, özəl qurumların adları və təklif etdikləri iş yerlərinin sayı yazılmışdı. Ümumilikdə vətəndaşlara 196 iş yeri təklif olunmuşdur.
Astara rayon Məşğulluq Mərkəzinin direktoru Z.Şükürov iştirakçılara məlumat verərək bildirdi ki, keçirilən tədbir vətəndaşların işlə təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Hər kəs burada iştirak edən müəssisə və təşkilatların, bələdiyyələrin, özəl qurumların nümayəndələrinə müraciət edib işlə təmin olunmaq imkanı əldə edə bilər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq Xidmətinin məsul işçisi Xətai Mehrəliyev hər il rayonlarda keçirilən “Əmək yarmarkası”nın mühüm əhəmiyyət kəsb etdiyini, Astarada “Əmək yarmarkası”nın təşkilindən razı qaldığını söyləmişdir.
“Əmək yarmarkası”nda 65 nəfərə işə düzəlmək üçün göndəriş verilmişdir.
 

Keçidlər