Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda “Uşaq Kitab Karvanı” tədbiri keçirilmişdir

23 sentyabr 2012 | 15:00

Azərbaycan Respublikası müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi mədəniyyət və elm sahəsinə də diqqət artmış, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan klassiklərinin, görkəmli ədiblərin əsərləri, dünya karifeylərinin ən dəyərli sənət nümunələri nəşr edilərək geniş oxucu kütləsinin istifadəsindən ötrü kitabxanalara paylanmış, bu istiqamətdə işlər ardıcıl olaraq davam etdirilir. Müxtəlif vaxtlarda Bakı şəhərində, ayrı-ayrı rayonlarda kitab bayramları, kitab sərgiləri, yeni çap olunmuş əsərlərin təqdimatı və müzakirəsinin keçirilməsi də gənclərdə elmə, kitaba marağın artırılmasına xidmət edir.
22 sentyabr 2012-ci il tarixdə Astara rayonunda da belə tədbirlərdən biri keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası məqsədi ilə respublika Mədəniyyət və Turizm Nazirliyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq Kitab Karvanı” tədbiri mühüm əhəmiyyət kəsb edirdi.
Rayon Mərkəzi Mədəniyyət evinin qarşısındakı meydanda təşkil edilmiş tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri, müəllimlər, orta məktəb şagirdləri və məktəbəqədər müəssisələrin uşaqları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon Mərkəzi Kitabxananın direktoru N.Fərəməzov gələn qonaqları və iştirakçıları salamlayaraq bu kitab bayramının əhəmiyyətindən danışmış, yüksək diqqət və qayğıya görə iştirakçılar adından ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Tədbirdə iştirak edən respublikanın tanınmış uşaq şair və yazıçıları İlyas Tapdıq, Qəşəm İsabəyli, Sevinc Nuruqızı, “Tumurcuq” qəzetinin redaktoru Səməd Məlikzadə, yazıçı Nüşabə Məmmədli iştirakçılarla fikir mübadiləsi aparmış, uşaqlara kitablarını hədiyyə etmişlər. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Fizurə Quliyeva, kitabxananın əməkdaşları Z.Dadaşova, Ş.Əmrahova, A.Məmmədov, R.Quliyev, A.Əşrəfova, K.Səmədzadə və başqaları tədbirin təşkilatçıları arasında olmuşlar.
Tədbir günü rayon Mərkəzi kitabxanasına 1000 nüsxəyə qədər müasir uşaq ədəbiyyatı nümunəsi hədiyyə edilmişdir.
Tədbirdə rayonun musiqi kollektivləri nümunəvi konsert proqramı ilə çıxış etmişlər.
 

Keçidlər