Rayon Veteranlar Şurasının Konfransı keçirilmişdir.
31 oktyabr 2012-ci il tarixdə Astara rayon Veteranlar Şurasının konfransı keçirilmişdir. Konfransda Respublika Veteranlar Şurasının nümayəndəsi Cabir Kazımov iştirak etmişdir. Konfransda ötən müddət üçün hesabat məruzəsi ilə rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev çıxış edərək respublikamızın bütün sahələrdə əldə etdiyi böyük nailiyyətləri sadalamış, bu inkişafın təməlini qoyan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin gördüyü möhtəşəm işləri sadalamış, görülən geniş quruculuq-abadlıq işlərində respublika, o cümlədən, rayon veteranlarının da xüsusi əməyi olduğunu vurğulamışdır.
Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Böyük Vətən Müharibəsi iştirakçısı Məmmədşah Məcidov, əmək veteranı Ağagül Qasımov, Əmir Nabatov, rayon Poliklinika şöbəsinin müdiri Fuad Səmədov çıxış etmişlər.
Konfransda şura üzvləri və idarə heyəti, Respublika Veteranlar Şurasının V Qurultayına nümayəndələr seçilmişdir. Rafiq Əliyev yenidən rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə orqanları veteranları şurasının sədri seçilmişdir.