Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

YAP-ın 20 illiyinə həsr olunmuş ümumrayon iməciliyi keçirilmişdir

15 noyabr 2012 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü respublikanın hər yerində təntənəli şəkildə qeyd edilir. Azərbaycan dövlətinin inkişafı, xalqın rifah halının yaxşılaşdırılması üçün çalışan Yeni Azərbaycan Partiyası 20 il bundan əvvəl qarşısına qoyduğu vəzifələri şərəflə yerinə yetirmək, müstəsna xidmətlər göstərməkdədir. Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində ümumxalq partiyasına çevrilmiş, Azərbaycanın ictimai-siyasi həyatında və dövlətçiliyin möhkəmləndirilməsində xüsusi rol oynamışdır. Bu gün Yeni Azərbaycan Partiyasının sədri, ölkə prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir.
Hazırda respublikanın bütün bölgələrində Yeni Azərbaycan Partiyasının 20-ci il dönümü ilə bağlı silsilə tədbirlər keçirilir. 6 minə yaxın üzvü olan YAP Astara rayon təşkilatı da bu tədbirlərdə fəal iştirak edir.
Noyabrın 14-də Astara rayonunda Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş iməcilik keçirilmişdir.
Ümumrayon iməciliyində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına yenidən qurulan Astara-Bala Şahağac magistral yolun ətrafında yaşıllıq salınmış, ağac əkini keçirilmişdir. Bununla əlaqədar rayonun bütün idarə, müəssisə və təşkilatları iməcilikdə fəal iştirak etmişlər. Qısa müddət ərzində Astara-Bala Şahağac magistral avtomobil yolunun 2000 metr məsafəsində 3 mindən çox ağac əkilmişdir. Əkin zamanı yerli şəraitdə yetişdirilən palıd və digər ağac növlərinə üstünlük verilmişdir.
İməcilikdə rayonun bütün idarə, müəssisə və təşkilatların kollektivləri nümunəvi şəkildə iştirak etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı cənab Q.Ağayev iməcilikdə iştirak etmiş, ağac əkini ilə bağlı tövsiyə və tapşırıqlarını vermişdir.
 

Keçidlər