Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Siyaku icra nümayəndəliyinin Şağlazüzə kənd sakinləri ilə səyyar qəbulu və görüşü olmuşdur

07 dekabr 2012 | 16:00

Kənd sakinləri ilə görüşü rayon icra hakimiyyətinin başçısı cənab Q.Ağayev açaraq bildirdi ki, Siyaku inzibati ərazi dairəsi nümayəndəliyinə daxil olan bütün kəndlərdə olmuşam. Bu gün də Şağlazüzə kənd sakinləri ilə görüşməyi qərara almışam.
Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xanəhməd Zahirov Şağlazüzə kəndi haqqında məlumat verərək göstərdi ki, kənddə 1426 nəfər əhali olmaqla, 347 təsərrüfat vardır. Kənddə 1 tam orta məktəb, 1 klub, 1 kütləvi kitabxana, 1 seçki məntəqəsi, 820 nəfər seçici, 320 nəfər elektrik abonenti və bir neçə sahibkarlıq obyekti əhaliyə xidmət göstərir. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq və heyvandarlıqdır. Hazırda sitrus yığımı davam edir.
Söz kənd sakinlərinə verildi. Kənd sakinlərindən Həbib Həbibov, Mirzəqulu Mahmudov, Gülverdi İrşadov, İlham Fətəliyev və başqaları çıxış edərək – kənddə yeni AETS-in qurulmasını, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsini, Pensər çayının ərazidən keçən hissəsində sahilbərkitmə işlərinin aparılmasını və kəndə təbii qazın çəkilməsində köməklik göstərilməsini xahiş etmişlər.
Kənd sakini, ağsaqqal Süleyman Zahirov çıxış edərək göstərdi ki, hörmətli Qəzənfər müəllim bir həftəyə yaxındır ki, Rusiya Federasiyasından qayıtmışam. Oradakı inkişafla ölkəmizin inkişafını müqayisə etdikdə yerlə göy fərq görürəm. Orada sovetlər dövründən qalan sınıq-salxaq binalardan başqa bir şey görmədim. Rusiya Federasiyası sərhədindən başlayaraq Astara rayonuna keçdiyim bütün rayonlarda möhtəşəm quruculuq, abadlıq və təmizlik işləri nə qədər ürəkaçandır. Hələ Bakı şəhərini demirəm. Bura lap cənnətə bənzəyir. Buna söz ola bilməz. Bütün bunlar şübhəsiz ki, möhtərəm prezidentimizin bütün regionlara göstərdiyi yüksək qayğının nəticəsidir. Bu gün kiçik bir kəndimizdə də bu qayğının nəticəsini əyani görürük. Kənddə yeni məktəb binasının tikintisinə, kənd yolunun asfaltlaşdırılmasına, kənddə gedən quruculuq və abadlıq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından səmimi təşəkkürünü bildirdi. Səmimi görüş və qəbula görə rayon İcra hakimiyyətinin başçısı hörmətli Q.Ağayevə sakinlər adından minnətdarlığını bildirən çıxışçı həmişə olduğu kimi bundan sonra da bir nəfər kimi rayon İcra hakimiyyəti başçısı ətrafında sıx birləşərək, aparılan quruculuq və abadlıq işlərində fəallıq göstərəcəklərini bildirdi.
Rayon icra hakimiyyətinin başçısı cənab Q.Ağayev kənd sakinlərini salamlayaraq qısa müddət ərzində ikinci dəfə onlarla görüşdüyünü qeyd etdi. Ötən görüş zamanı burada yeni məktəb binasının təməlinin qoyulduğunu bildirən cənab Q.Ağayev həmin vaxtdan keçən 5 aydan az müddətdə artıq məktəb binasında tamamlama işlərinin aparıldığını diqqətə çatdırdı. Bundan əlavə ərazidə 2 məktəb – Vaqo və Siyaku kənd tam orta məktəblərinin də tikintisi sürətlə davam etdirildiyini göstərdi. Daha sonra o qeyd etdi ki, rayonun digər ərazi nümayəndəliklərində də, ayrı-ayrı kəndlərdə - Hamoşam, Asxanakəran, Şüvi, Telman kəndlərində məktəblərin tikintisi davam etdirilir.
Bütün bunlar onu göstərir ki, Respublikamızın hər yerində olduğu kimi rayonumuzun hər bir kəndinin sosial-iqtisadi və mədəni inkişafına hədsiz qayğı və diqqətlə yanaşılır. Bu Ulu Öndər, Ümummilli liderimiz Heydər ƏIiyev tərəfindən əsası qoyulmuş möhtəşəm proqramların, layihələrin onun siyasi kursunun layiqli davamçı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin bariz nümunəsidir.

Burada haqlı olaraq kənd sakini ağsaqqal Süleyman Zahirov aparılan quruculuq və abadlıq işlərindən ürəkdolusu danışdı və möhtərəm prezidentimizə kəndlərimizə göstərilən qayğı və diqqətə görə minnətdarlığını bildirdi. Doğrudan da, ölkə rəhbərinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət hər birimizin ürəyindəndir. Hamı bununla qürur hissi duyur. Var qüvvəsi ilə dövlətçiliyimizə, doğma Azərbaycanımıza, Vətənimizə bağlanır, onun inkişafı ilə fəxr edir.
Bu gün burada səslənən rəy və təkliflərin icrası ilə bağlı lazımi tapşırıqlar veriləcəkdir. Kənddə qəzalı vəziyyətdə olan elektrik dirəkləri və naqillərin dəyişdirilməsi, təbii qazın çəkilməsi, sahilbərkitmə işlərinin aparılması, AETS və internet xəttinin çəkilməsi nəzarətə götürülmüşdür. Kəndlərimizin sosial inkişafı ilə bağlı vacib olan tədbirlərin həyata keçirilməsi istiqamətində qarşıya qoyulan məsələlərin həlli üçün mümkün olan bütün tədbirlər görüləcəkdir. Azərbaycanımızın, rayonumuzun, kəndimizin, elimizin, obamızın gündən-günə inkişafı və çiçəklənməsi uğrunda fəaliyyətinizdə sizə müvəffəqiyyətlər arzulayıram.
 

Keçidlər