31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
31 dekabr 2012-ci il tarixdə Astara şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında rayon rəhbərliyinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunmuşdur. Minlərlə rayon sakini və qonaqlar mərkəzi meydandakı yolkanın ətrafında toplaşaraq, şəhərdə ilk dəfə meydanda quraşdırılmış geniş ekranlı monitordan respublika televiziya kanallarından birbaşa yayımlanan musiqi nömrələrini və yerli musiqiçilərin canlı ifalarını seyr edərək, Şaxta baba və Qar qızın müşayiəti ilə bayramı qeyd etmişlər. Tədbir zamanı monitordan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə qazanılmış nailiyyətlərdən bəhs edən video filmin və saat 23 : 45-də Möhtərəm Prezidentin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə dünya azərbaycanlılarına təbrikinin canlı nümayişi iştirakçılar tərəfindən rəğbətlə qarşılanaraq, onlara unudulmaz anlar yaşatmış, dəfələrlə alqışlanmışdır.
Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.
Sakinlər yüksək səviyyədə təşkil olunmuş bayram tədbirinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Bayram tədbirləri 1-6 yanvar 2013-cü il tarixlərdə də davam etdiriləcəkdir.