Astarada Yeni il şənlikləri davam edir.
01 yanvar 2013 | 20:10
01 yanvar 2013-cü il tarixdə Astara şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında və Mərkəzi mədəniyyət evinin qarşısında quraşdırılmış əzəmətli yolkanın ətrafında uşaqların, valideynlərin, Yeni ilin əsas atributlarından olan Şaxta baba və Qar qızın iştirakı ilə bayram şənliyi davam etmişdir.
Tədbirdə uşaqlar şerlər söyləmiş, mahnılar oxumuş, rəqs nömrələri göstərmişlər.
Şənlikdə rayon rəhbərliyi tərəfindən verilən 1200-dən çox yeni il hədiyyələri uşaqların hədsiz sevincinə səbəb olmuşdur.
Rayonda Yeni il şənliyi 06 yanvar 2013-cü il tarixə kimi davam edəcəkdir.