Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Anım Günü Astarada qeyd edildi.

27 sentyabr 2025 | 11:25

Vətən müharibəsində qəhrəmancasına döyüşərək müqəddəs Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizə ehtiram əlaməti olaraq hər il 27 sentyabr tarixi Respublikamızda Anım Günü kimi qeyd olunur. 

Vətən müharibəsində  Astara rayonundan 600 nəfərə qədər gənc iştirak etmiş, 44 nəfər şəhid olmuş, 138 nəfər yaralanmışdır. Ümumilikdə, Qarabağ müharibəsində Astara rayonunun 127 nəfər cəsur, mərd oğlu şəhidlik zirvəsinə ucalmışdır.  

Anım Günü ilə əlaqədar Astara rayonunda silsilə tədbirlər keçirilmişdir. Şəhid ailələri ziyarət edilmiş, bu ailələrə və qazilərə maddi yardımlar edilmişdir. Astara şəhəri ərazisində şəhidlərin xatirəsinə ağacəkmə aksasiyası keçirilmiş, müxtəlif növ ağac və gül kolları əkilmişdir.

27 Sentyabr Anım Günündə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri Şəhidlərin Xatirə Kompleksini ziyarət etmiş, xatirə lövhələrinin önünə qərənfillər düzmüş, şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Keçidlər