Artupa kəndində səyyar qəbul
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Artupa kəndində sakinlərlə səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı nümayəndəliyin kəndlərində sakinlərlə dəfələrlə görüşlərin keçirildiyini bildirmişdir. Bu görüşlərin həmişə səmərəli olduğunu, qaldırılan problemlərin həlli üçün aidiyyəti qurumlarla birgə vaxtında tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Son illər aparılan quruculuq, abadlıq işlərini birgə fəaliyyətin nəticəsi kimi izah edərək bunların davamlı olacağını bildirmişdir.
Rayonun xidmət təşkilatlarının cari ildə ərazidəki fəaliyyəti barədə qısa hesabatları dinlənilmişdir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, Elektrik şəbəkəsinin, Telekommunikasiya qovşağının və Suvarma Sistemləri İdarəsənin rəhbərləri nümayəndəliyin ərazisində görülən işlər barədə danışmış, mövcud problemlərin aradan qaldırılması ilə əlaqədar müəyyənləşdirilən tədbirlər və qarşıda duran vəzifələr barədə görüş iştirakçılarını məlumatlandırmışlar.
İcra başçısı ümumilikdə Respublikada görülən işlər, həyata keçirilən mühüm qlobal layihələr və rayonda aparılan tikinti-quruculuq, abadlıq işlərindən söz açaraq görüş iştirakçılarına geniş məlumat vermişdir. Qeyd etmişdir ki, ən böyük uğurumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il düşmən tapdağında olan müqəddəs torpaqlarımızın qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti nəticəsində erməni terrorçularından azad edilməsidir. 44 günlük Vətən müharibəsində qalib gələn Qəhrəman Ordumuz ötən ilin 19 sentyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən bir sutkalıq antiterror tədbirlərində düşmənə tarixi dərs verdi. Erməni terrorçuları qısa müddətdə darmadağın edilərək təslim olmağa məcbur edildilər. Azərbaycan suverenliyini bərpa etdi. Bu dünya hərb tarixində görünməmiş bir hadisə idi. İndi qalib dövlətin qalib xalqı kimi qürurluyuq.
Vətənin müdafiəsinə könüllü yollanan rayonumuzun gəncləri arasında Səncərədi kənd ərazi nümayəndəliyindən olanlar daha çox idilər. Elə ən çox şəhidlərimiz də bu kəndlərdən oldu. Torpaqlarımızın azad edilməsi uğrunda canından keçən xalqımızın bu qəhrəman övladlarına ehtiramımız böyükdür. Astara şəhəri mərkəzində şəhidlərin xatirə kompleksi salınmış, Səncərədi kəndində və bir çox digər yaşayış məntəqələrində xatirə lövhələri yaradılmış, adları əbədiləşdirilmişdir. Şəhidlərimizin hər birinə Allahdan rəhmət diləyir, qazilərimizə, bütün hərbçilərimizə can sağlığı arzulayırıq.
Sakinlər Qarabağ problemini birdəfəlik həll edən, ölkəmizi uğurlu sabahlara doğru inamla aparan Prezident möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə ayrı-ayrı sahələrdə qazanılan yüksək nailiyyətlərdən fəxrlə danışmış, iqtisadiyyatın daha da gücləndirilməsi, əmin-amanlığın qorunması, vətəndaşların rifahının yaxşılaşdırılması ilə əlaqədar qəbul edilən mühüm qərarların müsbət nəticələrindən söz açmışlar. Bütün bunlara görə cənab Prezidentə minnətdarlıq edərək, yerlərdə əhali ilə sıx ünsiyyət saxlayıb səyyar qəbullar keçirtdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına razılıqlarını bildirmişlər.
Sakinlər eyni zamanda çəltik əkini üçün toxum verilməsinə, pay torpaq sahələri ilə bağlı uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlərin görülməsinə, məişət tullantıları üçün qutuların qoyulmasına, məişət tullantıları poliqonunun ərazisinin hasarlanmasına, torpaq sahəsinin Dövlət aktında adında səhv olduğu üçün ona əkinə görə subsidiya verdilmədiyini bildirərək köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı qaldırılan bəzi məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, vaxt tələb edən problemlərin həllini diqqətdə saxlayacağını bildirmişdir.