Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara qəhrəman övladı, şəhid Cəmil Qurbanzadəni son mənzilə yola saldı

16 sentyabr 2022 | 21:11

Astaralılar öz Qəhrəman övladı, Şəhid Qurbanzadə Cəmil Anar oğlunu böyük izdihamla qarşılayaraq doğulduğu Astara şəhərində "Şəhidlər ölməz, Vətən bölünməz",  "Başını dik tut, şəhid atası", " Başını dik tut, şəhid anası", “Vətən sənə canım fəda” şüarları altında torpağa tapşırdı.

Şəhidlə vida mərasimində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, rayon ictimaiyyəti iştirak etmişdir.

İcra başçısı Qəzənfər Ağayev çıxış edərək qeyd etmişdir ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq quldur erməni diversantlarının Azərbaycanın dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı Rəşadətli Ordumuz tərəfindən qətiyyətlə alınmış, düşmənə sarsıdıcı zərbələr endirilmişdir. Təxribatın qarşısını alarkən şəhidlərimiz də olmuşdur. Bizə təsəllidir ki, bu oğullarımız şəhid olanadək böyük qəhrəmanlıq göstərmiş, özləri öz qisaslarını o quldurlardan almışlar. Bu şəhidlərdən biri də şücaəti ilə qəhrəmanlıq salnaməsi yazan, döyüşlərdə ən irəlidə gedənlərdən olmuş igid Cəmil balamızdır. Onların azad etdikləri strateji yüksəkliklərdə indi Şanlı Bayrağımız dalğalanır və əbədi dalğalanacaqdır. Üzümü bütün şəhid valideynlərinə tutaraq deyirəm ki, başınızı həmişə dik tutun, övladlarınız bütün Azərbaycan xalqının başını uca etdilər. Biz də həmişə ayıq-sayıq olmalıyıq. Bu günkü kimi birlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandanımızın ətrafında daima dəmir yumruq olub torpaqlarımıza göz dikənlərin başını əzməyə hazır olmalıyıq. Qəhrəman Cəmilin uğrunda şəhid olduğu Şanlı Bayrağımızı onun qəhrəman atasına təqdim edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şanlı Bayrağı qəbul edən şəhid atası Anar Qurbanov qürurla bildirdi ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan oğlumla fəxr edirəm, bütün şəhidlərlə fəxr edirəm. Şəhid valideynlərinə səbrli və mətin olmağı arzulayıram. Qazilərimizə və yaralılarımıza Allahdan şəfa diləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Vətən sağ olsun!  

Keçidlər