Astara rayon İcra hakimiyyətində “Çimərlik turizminin inkişafı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin Lənkəran Xilasetmə Məntəqəsinin və Cənub dalğıc-axtarış qrupunun, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin Cənub Regional Şöbəsinin, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyələrin, müvafiq xidmət sahələrinin nümayəndələri, eləcə də çimərliklərə məsul şəxslər də iştirak ediblər.
Astara rayon İcra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev rayonda çimərlik turizminin inkişafı üçün rayonda yerləşən turizm məhsullarını yerli və beynəlxalq səviyyədə tanıtdırmağın vacibliyi qeyd etmişdir. Rayona gələn turistlərin məmnunluğunu artırılması ilə bağlı işlərin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını vermişdir.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin nümayəndəsi vətəndaşların sularda təhlükəsiz istirahəti üçün çimərlik operatoru tərəfindən komplekstədbirlər həyata keçirilməli olduğunu vurğuluyub. Belə ki, akvatoriyanın müayinəsi aparılmalı, üzmə sərhədlərini bildirən buylar quraşdırılmalı, çimərlikdən istifadə edən vətəndaşların təhlükəsizlik qaydaları haqqında maarifləndirilməsi üçün məlumatverici nişanlar yerləşdirilməli, xilasetmə avadanlıqları təmin edilməlidir.
Dövlət Sularda Xilasetmə Xidmətinin Lənkəran Xilasetmə Məntəqəsinin nümayəndəsi çimərliklərin akvatoriyalarında, çimərliklərarası sahələrdə su nəqliyyatının sərbəst hərəkəti üçün xüsusi zolaqları normalara uyğun olaraq yaradılmasını, çimərlik operatorları əhalinin ən azı 200 metrdən bir sahilə sərbəst çıxışını təmin etmələri ilə bağlı tədbir görülməli olduğunu bildirib.
Tədbirin sonunda mövzu ilə bağlı fotoslaydlar nümayiş etdirilib, tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.