Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan güləşinin əfsanələri ilə görüşmüşdür.

29 dekabr 2022 | 18:08

Azərbaycanı müxtəlif beynəlxalq turnirlərdə şərəflə təmsil edərək  Olimpiya çempionu, dünya ikincisi və Avropa çempionatının qalibi Toğrul Əsgərov, ikiqat Olimpiya mükafatçısı, üçqat Dünya və üçqat Avropa çempionu Hacı Əliyev, Astara güləş məktəbinin yetirməsi, Olimpiya mükafatçısı, ikiqat dünya ikincisi və üçqat Avropa çempionu Cəbrayıl Həsənov, qadınlardan ibarət milli komandanın üzvləri, Yeniyetmələrin Dünya Çempionatının qızıl, Avropa Çempionatının iki qat bürünc medalçısı, Gənclərin Dünya Çempionatının gümüş, Avropa Çempionatının isə qızıl medalçısı Türkan Nəsirova və Avropa mükafatçısı Nərgiz Səmədova Astara Olimpiya İdman Kompleksində gənc və yeniyetmə idmançılara master-klas keçmişlər. Təlimdə rayonun gənc güləşçiləri iştirak edərək idmanımızın canlı əfsanələrindən ustad dərsləri almış, tövsiyələrini dinləmişlər.   

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Astara Olimpiya İdman Kompleksinə gələrək ustad təlimləri keçən karifey idmançılarımızı salamlamış, rayonumuzun yeniyetmə gənclərinə keçdikləri təlimə görə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda hər bir uğurlu çıxışı bizi həmişə sevindirir, qürurlandırır. Astara güləş məktəbinin də gözəl ənənələri vardır. Qələbələri ilə beynəlxalq yarışlarda Azərbaycan Bayrağını dəfələrlə yüksəklərə qaldıran sərbəst güləş üzrə iki qat Avropa çempionu, ikiqat dünya birinciliyinin bürünc mükafatçısı, Əməkdar məşqçi, beynəlxalq dərəcəli idman ustası, III dərəcəli “Əmək“ ordenli, “Tərəqqi” medallı Aslan Ağayev və Olimpiya mükafatçısı Cəbrayıl Həsənov bu məktəbin yetirmələridir. Sevindiricidir ki, indi onların davamçıları yetişir. İnanıram ki, bu gün keçirilən ustad təlimdən ruhlanan güləşçilərimiz gələcəyin adlı-sanlı idmançıları kimi yetişməkdən ötrü daha əzmlə çalışacaq, ən böyük uğurlara imza atacaqlar. 

İdmançılara dövlət qayğısı cənab Prezidentin daim diqqətindədir. Ölkə başçısının beynəlxalq idman yarışlarında yüksək nəticələr göstərən idmançılarla şəxsən görüşməsi, onları təbrik edərək mükafatlandırması dediklərimizə sübutdur.

Gənclərimiz onlar üçün yaradılan imkan və yüksək şəraitdən istifadə etməli, müvəffəqiyyətlərini artırmaq üçün səylə çalışmalıdırlar. Müxtəlif idman növlərində beynəlxalq turnirlərdə uğurla çıxış edən idmançılarımızla fəxr edir, qürur duyuruq. Əminəm ki, bu gün burada iştirak edən gənclərimizin hər biri gələcəyin bir Toğrulu, Aslanı, Cəbrayılı, Hacısı kimi ölkəmizin idman şərəfini beynəlxalq turnirlərdə qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldıracaq, Himnimizi səsləndirəcəklər. Bunun üçün zəhmətə qatlaşmalı, ustad idmançılarımızın tövsiyələrini dinləyərək daim məşq etməli, bütün bacarıq və biliklərinizi sərf etməlisiniz.

Sizi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, can sağlığı, firavanlıq, yeni ildə yeni-yeni uğurlar arzulayıram.

Keçidlər