Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bayram ərəfəsində Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşmüşdür.

28 dekabr 2022 | 17:29

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Vətən müharibəsində döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, Vətən qarşısında vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş astaralı hərbiçilərin uşaqları üçün təşkil edilən yeni il şənliyində iştirak etmişdir.

İcra başçısı şəhid övladlarını şəxsən təbrik etməyi özünə borc bildiyini qeyd edərək onları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramı münasibəti ilə təbrik etmiş, hər birinə can sağlığı arzulamışdır. Son iki ildə Yeni İlin qürurla qeyd edildiyini və bu qüruru bizə yaşadanların sırasında gözəl balaların ataları olduğunu qeyd etmişdir. Hər dəfə bayramlarda dilə gətirilən “Gələn bayramları Qarabağda qeyd edək” arzusunun artıq gerçəkləşdiyini, başda Müzəffər Ali Baş Komandan olmaqla şəhidlərimizin canı, qazilərimizin qanı bahasına müzəffər ordumuz, qəhrəman zabit, əsgərlərimiz və qəhrəman xalqımızın dəmir yumruq kimi bir olaraq müqəddəs torpaqlarımızı erməni işğalından azad etdiyini vurğulamışdır.

Qəzənfər Ağayev Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın bizə əmanət olan övladlarının daim diqqətdə saxlanılacağını, Vətənə layiqli övladlar kimi böyümələrində hər cür qayğı ilə əhatə olunacaqlarını diqqətə çatdırmış, çıxışını “Eşq olsun Azərbaycan ordusuna! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!” şüarları bitirmişdir.

Sonda şəhid övladları ilə xatirə şəkilləri çəkilmiş, hər birinə rayon icra hakimiyyəti və Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri təqdim edilmişdir.

Keçidlər