Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda ilin yekun Aqrar İnnovasiya Festivalı keçirilmişdir.

21 dekabr 2022 | 17:46

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Astara rayonunda ilin yekun Aqrar İnnovasiya Festivalı keçirilmişdir. Festivalda Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və digər rəsmilər iştirak etmişlər.

Kənd təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat İnstitutları, digər tabeli qurumları, beynəlxalq təşkilatlar, yerli və xarici şirkətlər, eləcə də digər dövlət qurumlarının tərəfdaşlığı ilə keçirilən festivalda məhsul istehsalçıları kənd təsərrüfat təyinatlı məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdirmişlər.

“Astaraçay” emal müəssisənin ərazisində keçirilən festivalda  Lənkəran-Astara iqtisadi rayonunun və ətraf bölgələrin fermerləri, məhsul istehsalçıları, aqroparkların nümayəndələri iştirak etmişlər.

Festival innovativ avadanlıq və texnologiyaların nümayiş olunduğu sərgi, startap zona, təlimlər və məlumat sessiyası, dəyirmi masa kimi bir neçə bölmədən ibarət olmuşdur.

Festival ərzində fermerləri maraqlandıran bir sıra prioritet məsələlər üzrə məlumat sessiyası və təlimlər keçirilmişdir. “Sitrus meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin təşkili”, “Kökəltmə təsərrüfatlarında intensiv yemləmənin təşkili” təlimləri, eləcə də “Kənd təsərrüfatında sığortalanan bitkilər” mövzusunda keçirilən məlumat sessiyasında fermerləri maraqlandırılan suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.

Həmçinin festivalda “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsinin ilkin nəticələrinin müzakirəsi ilə bağlı keçirən dəyirmi masada Elmi-Tədqiqat İnstitutlarının və aqrar sahənin müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkət rəhbərlərinin iştirakı ilə çayçılıq, subtropik meyvəçilik və çəltikçiliyin istehsalı və emalı ilə bağlı bir çox məsələlər müzakirə edilmişdir.

Festival ərzində regionlarda yaşayan gənclərin aqrar sahəyə marağının artırılması məqsədilə “Kənd təsərrüfatı sahəsində ideya sahiblərinə startap qurmağın əsasları” mövzusunda stimullaşdırıcı workshoplar təşkil edilmişdir.

Regionlarda keçirilən Aqrar İnnovasiya Festivallarında fəal iştirakına və dəstəyinə görə fərqlən şəxslər təşəkkürnamələrlə təltif olunmuşlar.

Qeyd edilmişdir ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari il ərzində Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli, Şəmkir rayonlarında təşkil olunan festivallarda 4000-dən çox fermer müxtəlif kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiya ilə tanış olmaq imkanı əldə etmişlər.

Keçidlər