Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Astarada 15 İyun-Milli Qurtuluş Günü qeyd edildi.

12 iyun 2026 | 16:19

Tariximizin ən şanlı səhifələrindən biri olan 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilmişdir.

33 il bundan əvvəl yenicə müstəqillik qazanmış Azərbaycan dövlətindəki idarəolunmaz vəziyyəti, xaos və hərc-mərcliyi görənlər ölkənin belə bir yüksəlişə nail ola biləcəyini təsəvvür etməzdilər. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Heç bir idarəçilik təcrübəsi olmayan şəxslərin dövlət əmlakını talan etməsi xalqı acınacaqlı duruma salmışdı.

O dövrdə hakimiyyətdə olanların səriştəsiz siyasəti, naşı rəhbərliyi ucbatından ölkəmizdə vətəndaş müharibəsi alovları güclənirdi. Gərgin vəziyyət müstəqilliyimizin itirilməsi təhlükəsini, xalqımızın faciələrlə üz-üzə dayanmasını labüd etmişdi. Bundan istifadə edən erməni silahlı qüvvələri torpaqlarımıza hücumu getdikcə gücləndirir, yeni ərazilər işğal edirdilər.

Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Ölkədəki təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü də sonda Heydər Əliyevdən imdad istədi.

1993-cü ilin 15 iyununda xalqın təkidli xahişi və tələbi ilə yenidən respublikaya rəhbərlik etməyə razılıq verən Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etməklə ölkəni tənəzzüldən qurtardı.

Ölkənin tərəqqi yoluna çıxmasına, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınmasına, beynəlxalq aləmdə layiqli yerini tutmasına nail oldu.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı Müzəffər Prezidentimiz İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ölkə başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu uğurların məntiqi nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz bundan sonra da inkişaf edəcək, bütün hədəflərinə çatacaq və əbədi yaşayacaqdır.

Bugünkü müstəqil, suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Keçidlər