Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Astarada 2 fevral-Gənclər Günü qeyd edildi

03 fevral 2026 | 12:20

Astara Heydər Əliyev Mərkəzində Gənclər Günü münasibətilə "Heydər Əliyev ideyaları ilə başlayan 30 illik inkişaf yolu” adlı Astara rayon gənclərinin Forumu keçirilmişdir.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildirmiş, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi sükutla yad edilmişdir.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Forum iştirakçılarına ünvanladığı təbrikin mətni RİH başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova tərəfindən iştirakçıların diqqətinə çatdırılmışdır.

Tədbirdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Rayon Prokurorunun köməkçisi Aytac Adgözəlzadə, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Yusif Xamiyev, Astara Pedaqoji Kollecinin direktoru, şəhid atası Kamran Kazımov, Gənclər və idman sektorunun müdiri Rufan Şirinov, Təhsil sektorunun müdiri Xədicə Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Vətən müharibəsi qazisi, fəal gənc Abbas İbrahimli və Astara şəhər 1 saylı tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi Babək Rzazadə çıxış etmişlər.

Qeyd edilmişdir ki, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə xüsusi önəm verən, gənclər siyasətini müasir, müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev gəncliyin inkişafında dərin izlər buraxmışdır. Bu ənənəni davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərin savadlı, sağlam, milli-mənəvi və vətənpərvərlik ruhunda yetişməsini daim diqqətdə saxlamaqla onların hərtərəfli inkişafı üçün mühüm tədbirlər həyata keçirir. Hər cür dövlət qayğısı ilə əhatə olunan Azərbaycan gəncləri də nailiyyətləri ilə ölkədə və dünyanın müxtəlif yerlərində dövlətimizi və xalqımızı layiqincə təmsil edir, Bayrağımızı ən yüksək zirvələrdə dalğalandırırlar.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən, gənclərlə iş sahəsində uğur qazanan fəal gənclər “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə təltif olunmuşlar.

Yekunda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş olunmuşdur.

Keçidlər