Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Astarada 2 iyul-Azərbaycan Polisi Günü ilə bağlı tədbir keçirilmişdir

03 iyul 2025 | 17:45

2 iyul-Azərbaycan Polisi Günündə Astara rayonunda tədbir keçirilmişdir. Rayon Polis Şöbəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

Tədbir çərçivəsində Astara Rayon Polis Şöbəsi üçün müasir tələblər səviyyəsində inşa edilmiş yeni inzibati binanın açılışı olmuşdur. Yeni binada xidmətin səmərəli təşkili üçün bütün lazımi tədbirlər görülmüş, şöbə müasir texniki vasitələr və avadanlıqlarla təmin olunmuş, ərazidə abadlaşdırma işləri aparılmışdır.

Tədbir iştirakçıları vətəndaşlara daha operativ xidmət göstərilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması məqsədilə müasir memarlıq üslubunda tikilib istifadəyə verilən inzibati binanı gəzmiş, əməkdaşlar üçün yaradılmış şəraitlə tanış olmuşlar.

Keçidlər