Astarada Azərbaycan Basketbol Liqasının 10-cu turunun son oyunu keçirildi
19 dekabr 2022 | 12:25
18 dekabr tarixində Astara Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 10-cu turun sonuncu oyunu keçirilmişdir. "Zirvə Astara BK" komandası doğma azarkeşlər önündə paytaxt klubu "NTD BK" basketbolçularını qəbul etmişdir. Oyunu çoxsaylı tamaşaçılarla birlikdə Respublikanın Elm və Təhsil naziri-Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Milli Məclisin deputatı Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, "Zirvə" Beynəlxalq idman klubunun direktoru Tofiq Heydərov da izləmişdir.
Qarşılaşmada paytaxt basketbolçuları 92-81 hesabı ilə qalib gəlmişlər.