Astarada “Çimərlik turizmində xidmət səviyyəsinin yüksəldilməsi” mövzusunda maarifləndirici tədbir
Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 05 iyul 2019-cu il tarixində rayon icra hakimiyyətinin inzibati binasında “Çimərlik turizmində xidmət səviyyəsinin yüksəldilməsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdəmüvafiq dövlət qurumlarının, turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektinin, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyələrin və müvafiq xidmət sahələrinin nümayəndələriiştirak etmişdir.
Tədbirdə Astara rayonunda çimərlik turizminin inkişafı üçün turizm sahəsində çalışan hər bir işçinin xidmət səviyyəsinin yüksəldilməsi və səmərililiyin artırılması sahəsində keçirilən təlimlərdə iştrakının vacibliyi, eyni zamanda qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizmin rayonda böyük potensiala malik olduğu, turizm sahəsində xeyli sayda sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi qeyd olunmuş, vahid turizm reyestrinin yaradılması, turizm sahəsində qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, otel və restoranlarda xidmət səviyyəsinin yüksəldilməsi, rayona gələn turistlərin məlumatlandırılması və digər istiqamətlərdə müxtəlif təkliflər səsləndirilmiş, sahibkarların fikirləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Məlumat üçün bildiririk ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə mütəmadi olaraq aidiyyəti qurumların iştirakıyla iqtisadiyyatın turizm sektoru üzrə görüşlər və digər tədbirlər keçirilir. Bu görüşlərdə rayonda turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması, çimərlik turizminin inkişafı, rekreasiya zonalarının yaradılması və turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi kimi vacib məslələr öz əksini tapır.