Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Astarada Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edilmişdir

23 iyun 2025 | 17:34

Astara Rayon İcra Hakimiyyətində Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında  və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçuları iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik etmiş, xoş arzularını bildirmişdir. Qeyd etmişdir ki, dövlət qulluqçuları qanunçuluğun, səmərəli idarəçiliyin və vətəndaş məmnunluğunun təminatçılarıdır.  Möhtərəm Prezident cənab İlham Əliyevin hər bir peşə sahibinə olduğu kimi dövlət qulluqçularına da yüksək diqqət və qayğısı vardır. Cənab Prezidentin xalqa və dövlətə xidmətdə fərqlənən şəxslərin təltif edilməsi, fəxri adların verilməsi barədə Sərəncamları dövlət idarəetməsində çalışan insanların fəaliyyətinə verilən dəyərin göstəricisi, bu şəxslərə olan yüksək diqqət və qayğının bariz nümunəsidir.  

Rayonumuzda da təltif olunan dövlət qulluqçuları az deyildir. Ölkə başçısının Sərəncamı ilə hər il dövlət qulluğunda fərqlənən, tapşırılan işin öhdəsindən layiqincə gələrək səmərəli fəaliyyət göstərən nümunəvi dövlət qulluqçuları təltif olunur.

Bu il daha bir əməkdaşımız - rayon icra hakimiyyəti başçısı aparatının Sektor müdiri - baş mühasib Rasim Məmmədov Zakir oğlu uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Hesab edirəm ki, bu mükafat cənab Prezident tərəfindən bütün Astara ziyalılarının əməyinə verilən ən yüksək qiymətdir. 

Mən də dövlətə və xalqa sədaqətlə xidmət edən rayonumuzun dövlət qulluqçularını ürəkdən təbrik edir, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil, suveren Azərbaycanımızın tərəqqisi, inkişafı, xalqımızın rifahının daha da yaxşılaşdırılması naminə bu olduqca şərəfli və məsuliyyətli işdə hər birinizə uğurlar arzulayıram.

İclasda eyni zamanda RİH başçısı aparatı və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə inzibati vəzifə daşıyan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatın  və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.3-cü yarımbəndinin icrası ilə əlaqədar görülmüş işlərin müzakirəsi aparılmışdır.

Rayon icra hakimiyyətinin başçısı dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi, qiymətləndirilməyə hazırlıq, həyata keçirilməsi, qiymətləndirilmənin nəticəsinə əsasən tətbiq edilən tədbirlər barədə məlumat vermiş və müzakirənin yekununda təlimlərə tələbatları müəyyən edilən dövlət qulluqçularının cari ildə əlavə təhsilə və təlimlərə cəlb edilməsi, həmçinin yüksək nəticə göstərən dövlət qulluqçularının mükafatlandırılması qərara alınmışdır.

Keçidlər