Astarada Eko Festival
Astara Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Lənkəran Regional Turizm İdarəsi tərəfindən park-bulvar ərazisində Eko Festival keçirilmişdir.
Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Dövlət Turizm Agentliyinin Mədəni irsin idarə edilməsi sektorunun müdiri Rüstəm Mehtizadə, Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, turizm sahəsi üzrə bölgədə fəaliyyət göstərən dövlət, özəl müəssisələrin və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Festival çərçivəsində rayonun və regionun ekoturizm imkanlarının nümayişi ilə yanaşı sənətkarlıq sərgisi, master-klaslar, müxtəlif yarışlar və əyləncələr, musiqi və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.







