Astarada Əmək yarmarkası keçirilmişdir
29 sentyabr 2023-cü il tarixində Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı tərəfindən Əmək yarmarkası keçirilmişdir. Yarmarkada Astara Rayon icra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məșğulluq filialının rəsmiləri və digər qurumların əməkdaşları iştirak etmişlər.
Astara Olimpiya İdman Kompleksində təşkil olunmuş yarmarkada 14 dövlət və özəl müəssisə tərəfindən ümumilikdə 244 boş iş yerləri təqdim edilmişdir.
Əmək yarmarkasının keçirilməsində asas məqsəd Lənkəran-Astara iqtisadi regionunda məşğulluq problemlərinin uğurlu həlli, savadlı, peşəkar və təcrübəli gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, işsiz va işaxtaranlar üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.
Yarmarkada iştirak edən işsiz və işaxtaran şəxslər sırasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər, universitet və kollec məzunları da yer almışlar.
İşəgötürənlər tərəfindən müraciət edən şəxslərə vakansiyalar haqqında məlumatlar verilmiş və CV-lər qəbul edilmişdir.