Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada ilkin mərhələdə 426 nəfərə “Müharibə veteranı” vəsiqəsi təqdim olunub.

18 fevral 2023 | 13:31

Fevralın 18-də Astara Olimpiya İdman Kompleksində bir qrup Vətən müharibəsi iştirakçısına Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “Müharibə veteranı” vəsiqələri təqdim edilib. Astara Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən 426 nəfər Astara rayon vətəndaşına "Müharibə veteranı" vəsiqələri verilib. Qeyd edək ki, "Müharibə veteranı" vəsiqələrinin verilməsi prosesi mərhələli şəkildə həyata keçirilir.

Keçidlər