Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Astarada Milli Qurtuluş Günü qeyd edildi.

14 iyun 2025 | 10:41

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyini xilas etdiyi 15 İyun Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Hər il olduğu kimi bu il də rayonun idarə, müəssisə və təşkilatlarında 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların rəhbərləri Ulu Öndərin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzində Ümummilli Liderin mənalı həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotolarla tanış olmuş, videoçarxa baxmışlar.

İcra başçısı Milli Qurtuluş Günü münasibəti ilə iştirakçıları təbrik etmiş, müasir, müstəqil, suveren Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışdır. Qeyd etmişdir ki, bütün həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı tariximizə müstəqilliyimizin memarı kimi yazılıb. Zəngin fəaliyyəti, böyük xilaskarlıq missiyası, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zirvəsinə ucalmış, əbədiyaşar dahiyə çevrilmiş Heydər Əliyevin əziz xatirəsini qədirbilən xalqımız daim hörmətlə anır.

1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Bugünkü müstəqil, suveren Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu uğurların məntiqi nəticəsidir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz bundan sonra da inkişaf edəcək, bütün hədəflərinə çatacaq və əbədi yaşayacaqdır.

Ümumrayon tədbiri axşam saatlarında Astara şəhərinin Park-bulvar ərazisində 15 İyun Milli Qurtuluş Günü münasibətilə təşkil edilmiş bayram konserti ilə davam edəcəkdir.

Keçidlər