Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada növbəti tibbi aksiya keçirilmişdir.

13 may 2023 | 13:58

12-13 may 2023-cü il tarixlərində Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin və Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə növbəti xeyriyyə aksiyası keçirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Akademik Zərifə Əliyeva adina Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikasına baş çəkmiş aksiyanın gedişi ila maraqlanmışdır. Astarada ardıcıl olaraq hər il Akademik Zərifə xanım Əliyevanın ad günü ərəfəsində keçinlən tibbi aksiyalanın ənənəvi hal aldığını qeyd edən icra başçısı belə xeyirxah təşəbbüsə görə Mərkəzin rəhbərliyinə və tibb personalına minnətdarlıq etmişdir. Bildirmişdir ki, bu ilki tibbi aksiya həm də Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın 100 illik yubileyinə təsadüf etdiyindən daha əlamətdardır.

Aksiyanın gedişində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımov Səyyar klinikada olmuş, müayinələrin gedişi ilə maraqlanmış, tibb işçilərinə tövsiyə və tapşırıqlarını vermişdir.

Müayinəyə gələn vətəndaşlar göstərilən xidmətdən razılığını ifadə etmiş, belə xeyriyyə aksiyalarının keçirilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, rayon rəhbərliyinə təşəkkür etmişlər.

 Aksiya çərçivəsində Mərkəzin Səyyar Klinikasında 178 nəfər şəhid və aztəminatlı ailə üzvləri, qazilər, müharibə iştirakçıları müayinə edilmiş, müalicələr təyin olunmuşdur.

Keçidlər