Astarada növbəti tibbi aksiya keçirilmişdir.
28-29 aprel 2026-cı il tarixlərində Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə növbəti xeyriyyə aksiyası keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikasına baş çəkmiş, aksiyanın gedişi ilə maraqlanmışdır. Astarada ardıcıl olaraq hər il akademik Zərifə xanım Əliyevanın doğum günü ərəfəsində keçirilən tibbi aksiyaların ənənəvi hal aldığını qeyd edən icra başçısı belə xeyirxah təşəbbüsə görə Mərkəzin rəhbərliyinə və tibb personalına minnətdarlıq etmişdir.
Müayinəyə gələn vətəndaşlar göstərilən xidmətdən razılığını ifadə etmiş, belə xeyriyyə aksiyalarının keçirilməsinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, rayon rəhbərliyinə təşəkkür etmişlər.
Aksiya çərçivəsində Mərkəzin Səyyar Klinikasında 200 nəfərdən artıq şəhid və aztəminatlı ailə üzvləri, qazilər, müharibə iştirakçıları müayinə edilmiş, müalicələr təyin olunmuşdur.







