Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Astarada “PeşəFest” keçirilmişdir

18 sentyabr 2025 | 13:00

Astara Olimpiya İdman Kompleksində keçirilmiş “PeşəFest” tədbiri gəncləri bu günün və gələcəyin ən aktual peşələri ilə tanış edərək, onlara öz bacarıqlarını sınamaq, yaradıcılıqlarını göstərmək və gələcək karyeraları üçün sağlam addım atmaq imkanı yaratmışdır.

Festivalda təşkil edilmiş, 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici stendlər, interaktiv zonalar, master-klaslar və maraqlı yarışmalar gənclərin böyük marağına səbəb olmuşdur.

Keçidlər