Astarada Prokurorluq işçilərinin peşə bayramı günü təntənəli qeyd edildi
Astara rayonunda 1 Oktyabr-Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Astara rayon prokuroru, baş ədliyyə müşaviri Əli Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və prokurorluq əməkdaşları Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin mənalı həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotolarla tanış olmuş, videoçarxa baxmışlar.
İcra başçısı prokurorluq əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək çətin və şərəfli vəzifələrində onlara uğurlar arzulamışdır.







