Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada sel sularının zərər vurduğu yol və körpülərə baxış keçirilmişdir

23 sentyabr 2023 | 09:41

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon ərazisində son günlər yağan intensiv yağışlar nəticəsində yaranmış sel sularının zərər vurduğu avtomobil yollarına və yol qurğularına baxış keçirmişlər.

Baxış zamanı Vaqo kəndində Pensər-Toradi avtomobil yolunun 1-ci kilometrində, Siyakeş, Vaqo, Şiyəkəran kəndlərində Təngərüdçay (Pensərçay) üzərində yerləşən qəzalı vəziyyətə düşmüş 4 körpünün yenidən tikintisi barədə qərar qəbul edilmiş və tikinti işlərinə start verilmişdir.  

Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması, yol qurğularının bərpası istiqamətində işlərin qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar vermişdir.

Vaqo kəndində Pensər-Toradi avtomobil yolunun 1-ci kilometrində  sel sularının qəzalı vəziyyətə saldığı körpünün yerləşdiyi ərazidə müvəqqəti keçid salınmış və avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunmuşdur. Hazırda körpüdə tikinti işləri davam etdirilir.

 

Keçidlər