Astarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edildi
Dünyanın ən böyük azərbaycanlı dahisi, xalqını, Vətənini sonsuz məhəbbətlə sevən, müasir, müstəqil, suveren Azərbaycan dövlətinin banisi, qətiyyəti, müdrikliyi ilə milyonlarla insanı öz ətrafında birləşdirməyi bacaran, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək.
Bütün həyatını doğma xalqına və Azərbaycan dövlətinə həsr etmiş dahi şəxsiyyət, uzaqgörən lider Heydər Əliyev dühası Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim nur saçacaq.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən tarixi fotolarla tanış olaraq videofilm izləmişlər.







