Astarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edildi
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Astarada müxtəlif tədbirlər keçirilmişdir. Ümumtəhsil məktəbləri, idarə və müəssisələrdə keçirilən yığıncaqlar, elmi-praktiki konfranslar, intellektual oyunlar, müsabiqələr, idman yarışlarında məktəblilər, tələbələr və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Mayın 10-da rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı Rəşad Mahmudov, idarə, müəssisə və təşkilatların rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində olmuş, Ulu Öndərin fəaliyyəti və mənalı ömür yolunu əks etdirən, o cümlədən, Astara rayonuna səfərlərinə aid tarixi fotolara baxmış, film izləmişlər.
Astaralılar Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini daim əziz tutur, qəlblərində əbədi yaşadırlar.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar tədbirlərin davamı olaraq axşam saatlarında Astara şəhərinin Park-bulvar ərazisində bayram konserti keçiriləcəkdir.