Astarada “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ilə əlaqədar Astara Rayon İcra Hakimiyyətində tərtib olunan tədbirlər planına uyğun olaraq ilin əvvəlindən rayon ərazisində ağacəkmə aksiyalarının keçirilməsi, yaşıllıqların salınmasına başlanmışdır. İdarə, müəssisə və təşkilatların kollektivləri, fermerlər, sahibkarlar, fərdi təsərrüfat sahibləri, ictimai fəalların qoşulduğu bu aksiyalar bütün yaşayış məntəqələrini əhatə edir.
İlin əvvəlindən hazırkı dövrə qədər keçirilmiş ağacəkmə aksiyalarında 30 mindən çox müxtəlif növ ağac və kollar, meyvə tingləri əkilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin də iştirak etdiyi bugünkü növbəti aksiyada Astara-Şahağac magistral avtomobil yolu boyunca 3 min 100 ədəd şam və küknar ağacları əkilmişdir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə daha 8 min ədəd ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq tədbirlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.