Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Asxanakəran kəndində səyyar qəbul və görüş

15 sentyabr 2022 | 15:38

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin ucqar dağ kəndlərindən olan Asxanakəran kəndinin əhalisi ilə keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, əvvəllər Asxanakəran kəndində keçirdiyimiz görüşlər həmişə səmərəli olub. Təklifləriniz əsasında qaldırılan məsələlər birgə səylərimizlə həllini tapıb. Pandemiyaya görə müəyyən müddət görüşə bilməsək də, rayon mərkəzindən xeyli uzaqda yerləşən mürəkkəb relyefə malik bu dağ kəndlərinin problemləri ilə həmişə maraqlanmış, həllinə müvafiq köməkliklər göstərmişik. Nümayəndəliyə daxil olan Asxanakəran, Motalayataq, Anbuba və Əzərüd kəndlərində  yeni məktəb binaları tikilmiş, Taxtanakəran-Toradi avtomobil yolu asfaltlaşdırılmış, əvvəllər Lerik rayonu ərazisindən çəkilən yüksək gərginlikli elektrik xətti ləğv edilərək Siyaku kəndi ərazisindən yeni elektrik xətti çəkilmiş, Motalayataq həkim məntəqəsi üçün yeni bina inşa edilmiş, bir neçə avtomobil körpüsü tikilmişdir. Hazırda Taxtanakəran-Toradi avtomobil yolunun çökən hissələrində əsaslı təmir işləri aparılmaqla, Asxanakəran kəndinin mərkəzindən 2,5 kilometrlik məsafədə yerləşən Əzərüd kəndinə asfalt yolun çəkilməsinə başlanmışdır. Bu gün sizinlə yenidən görüşməkdə məqsəd  təkliflərinizi dinləmək, problemlərin həllinə birgə nail olmaqdır.

Kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən razılıqlarını bildirmiş, bu diqqət və qayğıya görə cənab Prezidentə hədsiz minnətdarlıq ifadə etmişlər. Ölkəmizin uğurlarından, qazanılan nailiyyətlərdən bəhs edərək görülən quruculuq-abadlıq işlərini ürəkdən alqışlamışlar. İcra başçısına qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər. Sakinlər görülən işlərlə yanaşı kənddə olan elektrik və telefon xətlərinin yenilənməsinə, qəzalı vəziyyətdə olan dirəklərin dəyişdirilməsinə, yeni elektrik transformatorunun qoyulmasına, torpaq sürüşməsi nəticəsində zədələnmiş fərdi yaşayı evinin təmirinə, Vətən müharibəsi iştirakçısının özünüməşğulluq layihəsi çərçivəsində mal-qara ilə təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə və qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.  

Bildirmişdir ki, kəndin əsas sosial problemlərinin həllini tapması burada yaşayışı xeyli asanlaşdırmışdır. Əvvəllər bu istiqamətdə gəlmək üçün saatlarla vaxt sərf olunurdu. Payız-qış mövsümündə isə demək olar ki, hərəkət etmək mümkün deyildi. Cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına bu kəndlərə mövcud olduqları tarixi ərzində ilk dəfə olaraq yüksək səviyyəli asfalt yol çəkilmişdir. İndi rayon mərkəzinə qədər bir saata təhlükəsiz və rahatlıqla getmək olur.

 Ulu Öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanımızın onun siyasi varisi möhtərəm cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti ilə uğurlu inkişafı bizə əsas verir deyək ki, belə tədbirlər bundan sonra da davam edəcəkdir. Bu diqqət və qayğıya görə möhtərəm cənab Prezidentə minnətdarlığımızı bildiririk.

Bütün bunlar böyük inkişaf yolunda olan ölkəmizin gücünü göstərir. Müstəqil dövlətimiz bütün istiqamətlərdə inkişafın, tərəqqinin təmin edilməsi üçün beynəlxalq aləmdə ən yüksək səviyyədə əlaqələrin qurulmasına xüsusi önəm verir. Dünya dövlətləri ilə sülh və əməkdaşlıq şəraitində normal münasibətlərin qurulması Azərbaycanımızın mütərəqqi inkişafında əsas rol oynayır.

İcra başçısı qeyd etmişdir ki, düzgün, məqsədyönlü şəkildə aparılan daxili və xarici siyasətin  nəticəsidir ki, illərdir mövcud olan, dövlətimiz və xalqımız üçün baş ağrısına çevrilmiş Qarabağ problemi möhtərəm Prezidentimizin səyləri ilə həllini tapmışdır. Yeni torpaqlar işğal etmək xəyalına düşən erməni quldurlarının təxribatlarının qarşısını almaq məqsədilə Vətənin müdafiəsinə qalxan igid oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni məhv edərək uzun illər işğalda saxladıqları müqəddəs torpaqlarımızı azad etdilər. Terrorçu erməni quldurları ordumuzun zəfər yürüşünün qabağında cəmi 44 gün duruş gətirə bildilər. Düşmənin darmadağın edilməsi ilə bütün şəhidlərimizin qisası alındı. Xalqımız adını dünya tarixinə qalib xalq kimi yazdı. Hazırda vəhşi ermənilərin otuz il ərzində dağıtdığı, talan etdiyi doğma torpaqlarımızda sürətli bərpa işləri aparılır. Bütün infrastruktur yenidən ən müasir şəkildə qurulur. Soydaşlarımızın doğma torpaqlara qayıdışı üçün dövlətimiz nə lazımdırsa edir.

Əfsuslar olsun ki, düşmən öz çirkin niyyətindən əl çəkmir. Sentyabrın 12-13 gecə saatlarında mənfur düşmənin diversiya qrupları genişmiqyaslı təxribat törədərək ordumuzun təminat yollarına minalar düzməyə cəhd etmişlər. Ordumuzun ayıqlığı sayəsində bu mənfur niyyətin  qarşısı qətiyyətlə alınmış, düşmənə sarsıdıcı zərbələr endirilmiş, yeni strateji yüksklikər nəzarətə götürülmüşdür. Bütün bunlar dəmir yumruğun daim yerində olduğunun və daha da möhkəmləndiyinin sübutudur. Təəssüf ki, düşmənə layiqli cavab verən qəhrəman oğullarımız arasında şəhid olanlar da olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Belə bir dövrdə biz ölkə rəhbəri ətrafında daha sıx birləşməli, müstəqilliyimizin qorunması, xalqımızın təhlükəsiz yaşaması üçün cənab Prezidentin həyata keçirdiyi mühüm işlərə töhfəmizi verməliyik.

Keçidlər