Azərbaycanda ilk dəfə olaraq qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları Astarada keçirilir
Astara şəhəri dənizkənarı park-bulvar ərazisində Azərbaycan Basketbol Federasiyası və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçirilir.
Basketbol yarışının açılış mərasimində Elm və Təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatları, tanınmış ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Almaniya, Çin, Polşa, Rumıniya, Macarıstan, Çexiya, Misir, Ukrayna, Avstriya və Azərbaycan 3x3 qadın yığma komandaları, Çinin "Yuanda" və Azərbaycanın "Neftçi" klubu, ümumilikdə 10 ölkənin 12 komandası Dünya Qadın Seriyasında mübarizə aparırlar.
Yarış 21 may 2023-cü il tarixdə başa çatacaqdır.