Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Bala Şahağac kəndində səyyar qəbul və görüş

02 iyul 2026 | 17:26

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Bala Şahağac kəndində əhali ilə növbəti səyyar qəbul və görüş keçirmişdir. Görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər. 

İcra başçısı bildirmişdir ki, vaxtaşırı sizinlə keçirdiyimiz görüşlər həmişə səmərəli olmuş, verdiyiniz təkliflər əsasında ərazidə xeyli işlər görülmüşdür. Kəndin qazlaşdırılması başa çatdırılmış, yeni məktəb binası tikilmiş, kənd daxili əsas avtomobil yolu asfaltlaşdırılmış, elektrik xətt təsərrüfatında təmir işləri aparılmış, qonşu Qamışoba kəndində müasir turizm obyektləri inşa edilmişdir.

Hazırda icra olunan ən böyük layihə yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulmasıdır. Cənab Prezidentin tapşırığına əsasən uzun müddətdir gözlədiyimiz bu layihənin icrası ilə Qamışoba-Pensər və Şahağac-Pensər-Çayoba avtomobil yolları əsaslı təmir olunacaqdır. Bununla da hamımızı narahat edən ən böyük problem həllini tapacaqdır. Bu yol yerli əhalinin rahatlığının təmin olunması ilə yanaşı rayonumuza gələn qonaqların və turistlərin bu istiqamətdə yerləşən turizm obyektlərinə və dəniz sahilinə çıxışını olduqca asanlaşdıracaq. Rayonumuza turist axını daha da artacaqdır. Buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.

İkinci əsas məsələ isə Xanbulançaydan Astara şəhərinə çəkilən içməli su xəttindən kəndə içməli suyun verilməsidir. Bildiyiniz kimi bu işin icrasına artıq başlanmışdır. İl ərzində Bala Şahağac və Qamışoba kəndində yaşayan hər bir abonentin evinə içməli suyun çəkilməsi təmin olunacaqdır. Yəqin ki, növbəti görüşümüzdə həm avtomobil yolunun, həm də içməli suyun istifadəyə verilməsini bir yerdə qeyd edəcəyik.

Görüş iştirakçıları çıxışlarında ölkəmizin qazandığı yüksək nailiyyətlərdən bəhs edərək hərtərəfli inkişafının təmin edilməsində cənab Prezidentin   həyata keçirdiyi tədbirləri ürəkdən bəyəndiklərini bildirmiş, bir neçə kəndi birləşdirən, rayonun əsas avtomobil yollarından birinin əsaslı təmiri və kəndə içməli su xəttinin çəkilməsi münasibətilə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə hədsiz minnətdarlıq etmişlər.

Sakinlər eyni zamanda kənddə yol kənarında olan suötürücü kanalın qazılmasına və təmizlənməsinə, məhəllə yolunun təmir edilməsinə, əkin sahəsinə suvarma suyunun verilməsinə, yeni məhəlləyə qaz xəttinin çəkilməsinə, həyətlərində olan yüksək gərginlikli elektrik dirəklərinin yerinin dəyişdirilməsinə, elektrik gərginliyi aşağı olduğundan xətt təsərrüfatının yenilənməsinə  və montyorun ayrılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qaldırılan məsələlərə münasibət bildirərək həlli ilə əlaqədar tədbirlərin müəyyən ediləcəyini bildirmişdir. 

Keçidlər