Çayoba kəndində səyyar qəbul və görüş
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Pensər kənd ərazi nümayəndəliyinin Çayoba kəndində keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı kənd sakinlərini salamlayaraq nümayəndəlik ərazisində, o cümlədən Çayoba kəndində son illərdə görülmüş işlərdən söhbət açmışdır. Qeyd etmişdir ki, hamımızı narahat edən ən vacib məsələ Pensər çayında sahilbərkitmə işlərinin aparılması idi, bu da ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə öz həllini tapmışdır. Bundan əlavə Çayoba kənd tam orta məktəbi üçün yeni bina inşa edilmiş, kənd ara yollarının bir neçəsi asfaltlaşdırılmış, gənclərin asudə vaxtının səmərəli təşkilindən ötrü kənddə müasir standartlara cavab verən idman meydançaları tikilərək istifadəyə verilmiş, elektrik təsərrüfatının yenilənməsi işləri davam etdirilir.
Kənd sakinləri çıxış edərək ölkədə, o cümlədən rayonda aparılan geniş abadlıq-quruculuq işlərinə, həmçinin əhalinin təhlükəsizliyinin təmin edilməsi və rifah halının yaxşılaşdırılmasından ötrü həyata keçirdiyi tədbirlərə görə cənab Prezident İlham Əliyeva hədsiz minnətdarlıqlarını bildirmişlər. Səmimi görüşə və qaldırılan problemlərin həlinə həssaslıqla yanaşdığına görə rayon rəhbərliyinə təşəkkür etmişlər.
Sakinlər görülən işlərlə yanaşı Çayoba kəndindən Astara şəhərinə qədər olan avtomobil yolunun əsaslı təmir edilməsinə, kənd ara yollarının təmirinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə və naqillərin SİP kabellə əvəz edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.
İcra başçısı vətəndaşlar tərəfindən səsləndirilən məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.
Qeyd etmişdir ki, həlli vacib olan əsas problemlər ölkə başçısının diqqəti və qayğısı nəticəsində aradan qaldırılmış, cari məsələlər də tezliklə öz həllini tapacaqdır.
Cənab Prezidentin rəhbərliyi ilə nəinki Astaranın problemləri həllini tapmış, hətta Azərbaycanın ən böyük problemi olan Qarabağ məsələsi də birdəfəlik həll edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 30 il düşmən işğalında olan müqəddəs torpaqlarımızı azad etdi. Quldur, terorçu ermənilərin başları əzildi və bütün şəhidlərimizin qisası alındı. Bu Şanlı Zəfərdə Astaranın qəhrəman övladlarının da əvəzsiz xidmətləri olmuşdur. Belə vətənpərvər övladlar böyüdüb tərbiyə etdiyinə görə onların valideynlərinə, müəllimlərinə təşəkkür edirəm.
Mənfur düşmən 30 ildə doğma torpaqlarımızı viran qoyaraq, vəhşicəsinə talan etmişdir. İndi hamımız, Azərbaycan xalqı olaraq möhtərəm Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək müqəddəs torpaqlarımızda vandalcasına dağdılmış inrastrukturu bərpa etməliyik ki, tezliklə oradan olan bacı və qardaşlarımız doğma yurdlarına qayıtsın.
Son zamanlar dost pərdəsi ilə maskalanan bəzi dövlətlər bu qələbəmizi və ölkəmizin sürətli inkişafını qəbul edə bilmir. Qonşu İran molla rejiminin nümayəndələrinin məscidlərimizdə donuz saxlamaqla bütün müsəlman aləmini təhqir edən xain ermənilərə qucaq açması, Ermənistana tez-tez səfərlər etməsi, kiçik bir şəhərdə, hələ təmiri başa çatmamış, iaşə obyektini xatırladan binada Baş konsulluq açması onların əsl simasını, məkrli niyyətlərini açıqca nümayiş etdirir.
Astara sərhəd rayonu olduğu üçün biz həmişəkindən daha çox ayıq-sayıq olmalıyıq. Biz dəmir yumruq kimi cənab Prezidentin ətrafında birləşdiyimiz üçün daha güclüyük. Ona görə də heç bir qüvvə bizi qorxuda bilməz. İmkan vermərik ki, əmin-amanlığın hökm sürdüyü ölkəmizə kimsə xələl gətirsin, nifaq salsın.