Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Deqədi kəndində səyyar qəbul və görüş

28 aprel 2022 | 15:03

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Deqədi kəndində əhali ilə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

Səyyar qəbul-görüşdə sakinlərin arzu və təklifləri dinlənilmiş, qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

 İcra başçısı kənd sakinlərini salamlayaraq koronavirus pandemiyasına görə iki il müddətinə bütün tədbirlərə, o cümlədən qəbul-görüşlərə fasilə verildiyini, nəhayət xəstəlik səngidiyindən yenidən əhali ilə görüşmək imkanı yarandığını bildirmişdir. Qeyd etmişdir ki, əvvəllər  keçirdiyimiz çoxsaylı görüşlərimiz həmişə səmərəli olumuşdur. Ərazidə çoxlu işlər görülüb. Yollar bərbad olduğundan əvəllər bu kəndə çətinliklə gələrdik. İndi bu asfalt yollar Pəlikəş, Sım kimi dağ kəndlərinə qədər uzanıb gedir. Yeni məktəb binası tikilib, elektrik enerjisinin fasiləsiz verilişi təmin olunub. Hazırda məktəbin əsaslı təmirinə başlanmaqla, Yaponiyanın ölkəmizdəki səfirliyinin xətti ilə əlavə korpus tikintisinə başlanıb. Deqədi kəndi ilə yanaşı qonşu Səlivə və Burzubənd kəndlərinə təbii qaz xəttinin çəkilməsi isə hamımızın çoxdankı arzumuz idi ki, indi reallaşır. Amma sizi narahat edən digər məsələlər varsa buyurub deyə bilərsiniz.

Tədbirdə çıxış edənlər uzun illər düşmən tapdağında olan torpaqların azad edilməsi ilə onlara qələbə sevincini yaşadan cənab Prezidentin yürütdüyü məqsədyönlü siyasəti ürəkdən bəyəndiklərini və dəstəklədiklərini bildirmişlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmiş, sakinlərlə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına razılıqlarını bildirmişlər. Çıxış edənlər görülən işlərlə yanaşı  elektrik xətt təsərrüfatının təmiri, internet şəbəkəsinin genişləndirilməsi, Deqədi-Şüvi və Deqədi-Səlivə yolunun təmiri, yüksək gərginlikli elektrik xəttinin məktəbin həyətindən kənarlaşdırılması və s. barədə təkliflər  vermişlər.

Kənddə böyük problemlərin qalmadığını qeyd edən icra başçısı səmimi görüşə görə sakinlərə minnətdarlıq etmiş, görülən işlərin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin uğurlu nəticəsi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, cəmiyyət inkişaf etdikcə, maraqların artması, yəni hər şeyin daha yüksək keyfiyyətli olmasının istənilməsi təbiidir. Bunlar da tədricən həllini tapacaq. Çünki ölkəmiz inkişaf edir, iqtisadi gücü gündən-günə artır, beynəlxalq miqyasda daha çox tanınır.

  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman oğullarımızın fədakarlığı sayəsində işğalda olan torpaqlarımızın 44 gün müddətində azad edilməsi xalqımızın və dövlətimizin şöhrətini daha da artırmışdır. İnsanlıq simasını itirmiş, azğın, quldur, vəhşi düşmənin belə qısa müddətdə məğlub edilməsi, kapitulyasiya aktına imza etməyə məcbur edilməsi güclü Liderin xalqla sarsılmaz birliyinin nümunəsidir. Siz müəllimlər sağ olun ki, cəsur, vətənpərvər gənclər tərbiyə etmiisniz. Canlarını Vətən yolunda fəda edən belə oğulların qəhrəmanlığı ən böyük vətənpərvərlik nümunəsidir.

Düşmənin 30 il müddətinə işğalda saxladığı torpaqlar tanınmaz haldadır. Terror yuvasına çevirdikləri torpaqlarda daşı daş üstə qoymayan vəhşi düşmən bu illər ərzində həmin ərazilərin sərvətlərini talayaraq hər yeri xarabazara çeviriblər. İndi dövlətimiz həmin şəhər, qəsəbə və kəndlərdə sürətli bərpa işlərinə başlamışdır. Bütün bunlar isə böyük vəsaitlər tələb edir. Ona görə də biz də əlimizdən gələni etməliyik ki, doğma yurdlarına qayıtmağın həsrətini çəkən qardaş, bacılarımız teziklə məkanlarına dönə bilsinlər.

Burada sadaladığınız  bir çox məsələlərin həllinə tapşırıqlar verdim. Həlli vaxt tələb edən digər problemlər də yavaş-yavaş aradan qaldırılacaq. Ən böyük problemlərdən biri olan, uzun müddət hər birimizi narahat edən kəndə qaz çəkilişi məsələsi nəhayət ki, həllini tapmışdır. Bu cənab Prezidentin siz sakinlərə ən böyük hədiyyəsidir. İşlərin gedişi göstərir ki,  tamamlanması uzaqda deyil. Ona görə də tezliklə sizinlə təbii qazın açılışında, bunla yanaşı məktəb üçün tikilən yeni korpusun istifadəyə verilməsində görüşəcəyik.

Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə sizi təbrik edir, işlərinizdə uğurlar arzulayıram.

Sonda icra başçısı tikinti işlərinin gedişi ilə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər