Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Dəstor kəndində səyyar qəbul və görüş

21 iyul 2025 | 15:17

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbulu ucqar dağ kəndlərindən olan Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dəstor kəndində keçirtmişdir.  

İcra başçısı bildirmişdir ki, Asxanakəran kənd inzibati ərazi dairəsinin bütün kəndlərində o cümlədən Dəstor kəndində əhali ilə mütəmadi olaraq görüşlərimiz keçirilir. Rayon mərkəzindən xeyli uzaqda yerləşən mürəkkəb relyefə malik bu dağ kəndlərinin problemləri ilə həmişə maraqlanaraq həllinə köməkliklər göstəririk . Son illər Asxanakəran nümayəndəliyi də daxil olmaqla dağ kəndlərində xeyli işlər görülmüşdür. Taxtanakəran-Toradi avtomobil yolu xətlənmiş, 10 kv-luq yeni elektrik xətti çəkilmiş, hazırda yüksək gərginlikli elektrik xəttlərinin yenilənməsi işləri davam etdirilir. Yüksək sürətli internet şəbəkəsi yaradılmışdır. Ötən il Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Anbuba kəndinə çəkilmiş asfalt yolunun davam etdirilməsi nəzərdə tutulmuşdur. Bu il Toradi kəndində asfalt yolun qurtaracağından ziyarətgaha qədər olan təqribən 500 metrlik yolun asfaltlaşdırılması planlaşdırılmışdır. Bütün bu görülmüş işlər dağ kəndlərində yaşayan əhalinin rahatlığına və rayonumuza gələn turist və qonağların daha çox dağ kəndlərinə səyahət etdiklərini nəzərə alsaq, bu həmdə turizm marşrutlarının yaxşılaşdırılmasına xidmət edir.

Hər birimizə məlumdur ki, ən böyük işlər bu gün Qarabağ və Şərqi Zəngəzurda görülür. İşğaldan azad edilən bu regionda düşmənlər talançılıq edərək bütün şəhərlərimizi, kəndlərimizi dağıtmışlar. Hazırda bu ərazilərdə sürətli quruculuq işləri aparılır. Bütün infrastruktur yenidən qurulur. Bunların hamısını qalib dövlətimiz heç bir xarici dövlətin köməyi olmadan öz büdcəsi hesabına hayata keçirir. Böyük qayıdış proqramının uğurlu icrası ilə yüzlərlə ailə artıq dogma yurdlarına qayıdaraq məskunlaşmışlar.

Bütün bu problemlər möhtərəm Prezidentimiz səyləri sayəsində həllini tapmışdır.  Cənab Prezident İlham Əliyevin düşünülmüş, uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə sabit siyasətli, demokratik cəmiyyətin formalaşdığı sülhsevər və qalib dövlət kimi tanınır.  Dünyada qalib xalq, qalib dövlət kimi tanınan Azərbaycan sübut etdi ki, bir qarış torpağını belə kimsəyə verməyəcək. Bu kənddən də torpaqlarımızın azadlığı uğrunda könüllü döyüşən igid oğullarımız az olmamışdır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə və  qəhrəman hərbçilərimizə can sağlığı arzulayıram.

Rayon mərkəzindən xeyli uzaqda, dağlıq ərazidə yerləşən kəndlərdə görülən yüksək səviyyəli abadlıq-quruculuq işlərinin dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirən sakinlər ölkə rəhbəri möhtərəm cənab İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirmişlər. Çıxış edənlər Dəstor kəndinə qaz xəttinin çəkilməsinə, kəndə gedən yolun 500 metr hissəsinin asfalt olunmasına, ərazidə heyvan kəsimi məntəqəsinin yaradılmasına, qış tədarükü üçün odunun gətirilməsində çətinlik çəkdiklərinə görə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı müraciətlərin müsbət həlli istiqamətində tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər