Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Dolu kəndində səyyar qəbul və görüş

09 oktyabr 2026 | 16:48

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dolu kəndində əhali ilə növbəti səyyar qəbul keçirmişdir. 

İcra başçısı bildirmişdir ki, Dolu kəndi rayonumuzun ən ucqar dağ kəndlərindən biridir. Buna baxmayaraq rayonun digər yaşayış məntəqələrində olduğu kimi ildə bir dəfə sizinlə görüşə gəlib problemləri öyrənir, həllinə köməklik göstəririrk. Əvvəllər təkcə bu kəndin yox, dağlıq ərazidə yerləşən qonşu kəndlərin də çoxlu problemləri var idi. İşığın, avtomobil yolunun, məktəbin olmaması bizi də çox narahat edirdi. Cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına bu məsələlər kökündən həll olunmuşdur. Heç vaxt işığı olmayan bu kəndlə yanaşı Şəvqo, Sibiyyət, Diqo, Avyarud kəndlərinə də ilin bütün fəsillərində avtomobillərin təhlükəsiz hərəkət edə biləcəyi avtomobil yolu və SİP kabellə elektrik xətti çəkilmiş, üç kənddə ibtidai məktəblər üçün modul tipli binalar quraşdırılmış, sürətli internet şəbəkəsi yaradılmışdır. Bundan başqa sıldırım qayaları yarmaq nə qədər çətin olsa da Dolu kəndindən Reqlobaya və yaylaq ərazisinə yol çəkilmişdir. Pəlikəş, Hamoşam və Asxanakəran kənd ərazi nümayəndəliklərini birləşdirən bu dairəvi yol bütün dağ kəndləri üçün böyük əhəmiyyətə malikdir.  

Rayonumuza gələn turistlər də daha çox gözəl təbiəti ilə insanı valeh edən füsunkar dağlarımıza üz tuturlar. Bu yol rayonumuza gələn qonaqların və turistlərin dağ mənzərələrini seyr etməsi, yaylaq ərazilərinə getməsi üçün böyük imkanlar yaradır. Əvvəllər hətta yerli sakinlərin çətinliklə keçdiyi bu yerlərə hər il əsasən yay aylarında minlərlə turist istirahətə gəlir. Bu da əhalinin öz təsərrüfatlarında istehsal etdikləri məhsulları bazara çıxarmadan qapılarında satılması üçün imkanlar yaradır. Ona görə də hər birinizə təsərrüfatlarınızı daha da genişləndirməyi, kənd təsərrüfatının yerli şəraitə uyğun sahələrini inkişaf etdirməyi tövsiyə edirəm.

Kənd məktəbində ibtidai təhsili başa vuran şagirdlərin xeyli uzaq məsafədə yerləşən qonşu Pəlikəş kənd tam orta məktəbinə getməsində çətinliklər olduğundan onların gediş-gəlişi üçün avtomobillərin ayrılması da böyük bir problemin həlli oldu. Bütün bunlar dövlətimizin və möhtərəm cənab Prezidentimizin hər bir vətəndaşa olan sonsuz diqqət və qayğısıdır.  

Kənd sakinləri çıxış edərək ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm layihələrin icrasına görə sevindiklərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentə dərin minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər icra başçısına tez-tez görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkürlərini bildirmişlər.

Görüş iştirakçıları Dolu kəndinə gedən yolun hündür hissəsinin hamarlanmasına və məhəlləyə avtomobil yolunun çəkilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı Dolu kənd ibtidai məktəbində tədrisin vəziyyəti ilə tanış olmuş, vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirmiş, qaldırılan problemlərin həllinə  tapşırıqlarını vermişdir.

Keçidlər