“Heydər Əliyev İli”nə həsr olunmuş ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Astara rayonunda keçirilən tədbirlərin davamı olaraq ümumrayon iməciliyi və ağacəkmə aksiyası keçirilmişdir.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonun bütün yaşayış məntəqələrində təmizlik və abadlıq işləri aparılmaqla avtomobil yollarının kənarlarındakı kol-koslar təmizlənmiş, səkilərdə boyama və təmir işləri aparılmış, ağacların gövdələri ağardılmışdır.
İcra başçısı Qəzənfər Ağayevin iştirakı ilə Ələt-Astara avtomobil yolunun Astara şəhərinə aid hissəsində müxtəlif ağac növlərindən ibarət ümumilikdə 800-dən çox ağac əkilmişdir.
İcra başçısı əkilən ağacların qorunması, suvarılması və digər aqrotexniki qulluq işlərinin aparılmasının təşkilindən ötrü aidiyyati üzrə tapşırıqlar vermişdir.