Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

İcra başçısı növbəti dəfə dağ kəndində əhali ilə görüşmüşdür

04 dekabr 2025 | 16:19

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Anbuba kənd ibtidai məktəbində əhali ilə növbəti dəfə görüşmüşdür. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, rayon mərkəzindən uzaqda yerləşən mürəkkəb relyefə malik dağ kəndlərinin problemləri ilə həmişə maraqlanmış, həllinə köməkliklər göstərmişik. Son illər nümayəndəliyə daxil olan kəndlərdə xeyli işlər görülüb. Asfalt yollar çəkilib, müasir tipli məktəb binaları tikilib, yüksək gərginlikli elektrik xətti və internet çəkilib. Hər görüşümüzdə yenilikləri görəndə insanın ürəyi açılır. İndi də bu istiqamətdə daha 2 kilometr yol asfaltlaşdırılıb. Bu yol həm məktəb yoludur, həm də Anbuba və Şıxımpeştə kəndlərinin sakinlərinin rahatlığını təmin edəcək. Bunlar çox sevindiricidir. Şıxımpeştə kəndində ilk görüşümüzdə vəziyyət tamamilə fərqli idi, çoxlu problemlər var idi. Sizinlə birlikdə demək olar ki, bu problemlərin əksəriyyətini həll etmişik. Buna görə hər birinizə təşəkkür edirəm. Qeyd edim ki, bu yolla yanaşı hazırda Toradi, Sım və digər kəndlərimizdə də asfaltlaşdırma işləri aparılır. Bunlar dövlətimizin iqtisadi gücünün bariz nümunəsidir. Gələcəkdə digər kəndlərimizə də asfalt yollar çəkiləcəkdir.

Görülən işlər cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi, tapşırığı, diqqət və qayğısıyla həyata keçirilir. Buna görə cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.   

Hazırda daha böyük layihələr işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilir. Çünki vəhşi düşmən bu torpaqları talan etmişdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız erməni terrorçularını darmadağın edərək uzun illər işğalda olan torpaqlarımızı azad etdilər. Dövlətimizin suverenliyi tam bərpa edildi. Xalqımız şanlı qələbəmizin 5 illiyini böyük sevinclə qeyd etdi. Zəfər Günü ərəfəsində cənab Prezidentin Sərəncamı ilə qəhrəman eloğlumuz, aprel döyüşündə böyük şücaət göstərərək şəhid olmuş Pəncəli Teymurova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi rayonumuzun sakinləri üçün ikiqat bayram sevinci oldu. Vətən müharibəsində döyüşə könüllü yollanan oğullarımız üçün Pəncəli bir örnək oldu.    

İcra başçısı Azərbaycanın hər sabahının daha qüdrətli olacağını,  vətəndaşlarımızın rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial layihələrin bundan sonra da davam edəcəyini bildirərək, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırmışdır.

Kənd sakinləri çıxışlarında bildirmişlər ki, yol məsələsi böyük problem idi. Kəndimizə asfalt yolun çəkilməsi möcüzədir. Çünki dünyanın heç bir ölkəsində çox az əhalinin yaşadığı bu qədər ucqar bir kəndə dövlət tərəfindən asfalt yollar çəkilmir. Bu diqqət və qayğı yalnız bizim qüdrətli dövlətimizdə mövcuddur. Bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin hörmət və minnətdarlığımızı bildiririk.

Sakinlər həmçinin bu qədər qlobal problemlərin həlli ilə yanaşı vətəndaşların rahat yaşayışının təmin edilməsi üçün yaradılan şəraitdən məmnunluqlarını bildirmişlər. Görülən işlərlə yanaşı Şıxımpeştə kənd yolunun təmir edilməsinə və ərazinin qazlaşdırılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı müraciətlərin həlli istiqamətində tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Keçidlər