Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Kələdəhnə yaşayış massivində səyyar qəbul və görüş

19 dekabr 2022 | 15:42

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Astara şəhərinin Kələdəhnə ərazisində sakinlərlə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər. 

İcra başçısı görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, Kələdəhnə şəhər ərazisi olduğuna görə sizinlə icra hakimiyyətində qəbul günlərində görüşlərimiz tez-tez olur. Ancaq ənənəmizə sadiq qalaraq indi də yaşadığınız ərazidə görüşüb sizi dinləmək, problemlərlə tanış olmaq, həllinə köməklik etmək məqsədi ilə gəlmişik.

Görüşdə çıxış edənlər əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Sakinlər məhəllə yollarının təmir edilməsi, poçt filialının bərpa olunmasına, internet şəbəkəsinin çəkilməsinə, 20 ailənin yaşadığı məhəlləyə keçmiş peşə məktəbinin binasına qaz xəttinin çəkilməsinə, həyətdə qəzalı vəziyyətdə olan elektrik dirəyinin yerinin dəyişdirilməsinə, elektrik transformatorunun təmirinə, şəhər 6 saylı tam orta məktəbin həyətində olan ağacların budanmasına, Qarabağ müharibəsi qazisi kimi evlə təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı qaldırılan bəzi məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, vaxt tələb edən problemlərin həllini diqqətdə saxlayacağını bildirmişdir.  

Son illər Respublikada baş verən yeniliklər, cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən qlobal layihələr barədə iştirakçıları məlumatlandırmış, rayonda aparılan geniş abadlıq, quruculuq işlərindən danışaraq təkcə şəhər ərazisində nə qədər yeniliklərin olduğunu görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, Kələdəhnə ərazisində də müasir tipli yeni məktəb binası tikilmiş, yollara asfalt döşənmişdir. Təklifləriniz əsasında bir çox digər məsələlər də həllini tapmış, bundan sonra da müraciətlərinizin müsbət həll olunmasından ötrü bütün imkanlardan istifadə edəcəyik.

Keçidlər