Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Kijəbə qəsəbəsində səyyar qəbul

26 yanvar 2024 | 14:08

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kijəbə qəsəbəsində əhali ilə növbəti səyyar qəbul-görüş keçirtmişdir. Görüşdə rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, ənənəvi olaraq keçirtdiyimiz səyyar qəbullar yerlərdə mövcud olan problemlərin öyrənilərək aradan qaldırılması üçün çox əhəmiyyətlidir. Sizinlə keçirtdiyimiz ilk görüşdən keçən müddət ərzində nümayəndəliyin ərazisində çoxlu işlər görülmüşdür. Qəsəbədaxili və kəndlərə gedən əksər avtomobil yolları asfaltlaşdırılmış, qəsəbənin əsas küçələrində işıqlandırma sistemi quraşdırılmış, yeni məktəb binaları tikilmiş, xəstəxana əsaslı təmir olunmuş, böyük yaşayış məntəqələri qazlaşdırılmış, elektrik xətt təsərrüfatında təmir işləri aparılmışdır. Bütün bunlar səyyar qəbullarda verdiyiniz təkliflər əsasında görülmüşdür. Bu il də yeni işlərin görüləcəyi planlaşdırılır. Burzubənd və Şəmətük kəndində yolların asfaltlaşdırılması, Burzubənd, Vənəşikəş, Noyabud kəndlərinin qazlaşdırılması və digər işlərin görülməsi nəzərdə tutulmuşdur. Hazırda Lovayın su anbarından Ojakəran kəndinə yeni su xəttinin çəkilməsinə başlanmışdır ki, bu da bir neçə kəndin suvarma suyu ilə təmin olunmasında mühüm rol oynayacaq.

2023-cü il dövlətimiz və xalqımız üçün ən uğurlu illərdən biri kimi tarixə düşdü. 19 sentyabr tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə keçirilən antiterror tədbirləri ilə erməni revanşistlərin Qarabağla bağlı bütün iddialarına son qoyuldu. Cəmi bir sutka ərzində qəhrəman oğullarımız böyük terror qruplaşmalarını zərərsizləşdirərək torpaqlarımızdan tamamilə çıxarılmasına nail oldular. Bu güclü ordumuzun növbəti və ən böyük hərbi uğuru idi. İllərdir xalqımıza qarşı terrorlar törədən, yeni torpaq iddiaları ilə revanşist çıxışlar edən təxribatçı qüvvələrin  tərksilah edilməsi, başçılarının qandallanaraq istintaq qarşısına çıxarılması xalq, ordu, rəhbər birliyinin təzahürüdür. 44 günlük Vətən müharibəsində olduğu kimi antiterror tədbirlərində də xalqımız dəmir yumruq kimi birliyini bütün dünyaya göstərdi. Müzəffər, qalib xalqın qalib Prezidenti cənab İlham Əliyevin 8 noyabr Zəfər günündə Xankəndi şəhərində Zəfər paradını qəbul etməsi bizi hədsiz sevindirir və qürurlandırır. Sevincliyik ki, düşmənin 30 il ərzində talan etdiyi, vəhşicəsinə dağıtdığı şəhər və kəndlərimiz Müzəffər  Prezidentimizin rəhbərliyi altında sürətlə yenidən bərpa olunur və   yurdlardından didərgin salınan soydaşlarımız mərhələlərlə doğma yerlərinə qayıdırlar.

Qarabağ torpağı ilə yanaşı Respublikamızın hər yerində, o cümlədən, rayonumuzda da quruculuq işləri durmadan davam edir. 2004-cü ildən başlayaraq qəbul edilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlər rayonumuzda da uğurla həyata keçirilir. Bundan başqa rayonumuz üçün prioritet olan çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafına dövlət dəstəyinin artırılması, yeni salınan bağlara yüksək məbləğdə subsidiyaların verilməsi sakinlərimizin bu sahələrə marağını daha da artırmışdır. Sitrus bağlarının 2018-ci ilə nisbətən təqribən iki dəfəyə qədər artaraq 4480 hektara çatdırılması dediyimizə sübutdur.    

Bildiyiniz kimi, 7 fevralda ölkəmizdə Prezident seçkiləri keçiriləcək. Əminəm ki, bu Zəfər seçkilərinə xalqımız qalib xalq kimi gedəcək, seçkilərdə mütəşəkillik göstərərək növbəti illər üçün ölkəmizin davamlı inkişafını təmin etmək iqtidarında olan, Ulu Öndərimizin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən ən layiqli namizədə səs verəcək.

Qələbəmizi, uğurumuzu həzm edə bilməyən ermənipərəst qüvvələr hələ də müxtəlif bəhanələrlə dövlətimizə iftiralar atırlar. 2001-ci ildən nüfuzlu beynəlxalq təşkilatlarda torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qəbul edilən qərar və qətnamələrin heç biri icra olunmadı. 30 illik gözləntidən sonra Azərbaycan məcbur qalıraq öz torpaqlarını beynəlxalq hüquq çərçivəsində, hərb yolu ilə azad edərək BMT-nin qətnamələrinin icrasına təkbaşına nail oldu. İndi də Avropa Şurasının dövlətimizə qarşı qəbul etdiyi qərəzli qərarlar haqlı olaraq xalqımızda belə bir fikir formalaşdırır ki, bizə bu qeyri-obyektiv qurum yox, torpaqlarımızın azadlığı lazımdır ki, buna da Müzəffər Ali Baş Komandanımızın sayəsində nail olmuşuq. Ona görə də biz həmişə olduğu kimi bundan sonra da birliyimizi qorumalı, dövlətimizi, liderimizi necə sevdiyimizi bütün dünyaya nümayiş etdirməliyik.

Sakinlər çıxışlarında ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğalçıların torpaqlarımızdan tamamilə təmizlənməsindən, dövlət suverenliyimizin tam təmin olunmasından, uğurlu inkişafdan, əhalinin sosial problemlərinin həllindən danışaraq, bütün bunlara görə cənab Prezidentə dərin minnətdarlıqlarını bildirmişlər. Prezident seçkilərində hamılıqla iştirak edərək Azərbaycanı dünyada qalib dövlət kimi tanıdan Qalib Sərkərdəyə yekdilliklə səs verəcəklərini bildirmişlər.

Görüş iştirakçıları qəsəbədə olan ictimai yaşayış binasının damının dəyişdirilməsinə, piyada körpüsünün təmirinə, Lovayın kənd tam orta məktəbi üçün yeni binanın tikilməsinə, qəsəbəni yuxarı kəndlərlə birləşdirən elektrik xəttində ayırıcı açarın qoyulmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə əlaqədar tapşırıqlar vermiş, bəzilərinin araşdırılaraq tədbirlər müəyyənləşdiriləcəyini bildirmişdir.

Keçidlər