Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Körfəz Əməkdaşlıq Şurası ölkələrinin nümayəndələri və iş adamları Astarada olmuşlar.

07 noyabr 2024 | 18:11

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara İqtisadi Rayonuna Dəstəyi layihəsini həyata keçirən nümayəndələrini və iş adamlarını qəbul etmişdir.

Görüş zamanı qonaqları salamlayan icra başçısı onlara Astara rayonun kənd təsərrüfatı və turizm potensialı barəbə ətraflı məlumat vermişdir. Ölkənin cənubunda yerləşən rayonumuzda əhalinin əsas məşğuliyyəti sitrusçuluq, çayçılıq, çəltikçilik, arıçılıq və heyvandarlıqdır. Gözəl təbiəti, füsünkar dağ mənzələri, sərin bulaqları ilə zəngin olan Astaranın Xəzər dənizinin sahilində yerləşməsi və son dövrlərdə müasir turizm obyektlərinin salınması turistlər üçün çox cəlbedicidir. Bir sözlə investorların rayonumuza sərmayə qoymaları üçün hər cür şərait vardır.   

Layihə rəhbəri Tara Şarafudin səmimi qəbula görə icra başçısına minnətdarlıq edərək bildirmişdir ki, meyvə-tərəvəz sektoru Lənkəran-Astara iqtisadi rayonunun kənd təsərrüfatında əsas yer tutmaqla, əhalinin həyat səviyyəsinin yüksəldilməsində, regionun ixtrac potensialının artırılmasında mühüm rol oynayır. Bunu nəzərə alaraq, meyvə-tərəvəz sektorunun rəqabət qabiliyyətini artıqmaq və əlavə dəyər yaratmaq yolu ilə regionların iqtisadi cəhətdən sağlam, balanslaşdırılmış və inklusiv artımını təşviq etməklə yanaşı, COVID-19 pandemiyasından zərər çəkmiş iqtisadiyyatın şaxələndirilməsi və bərpası istiqamətində Azərbaycan Hökumətinin səylərini dəstəkləmək məqsədilə “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi layihəsi” həyata keçirilir. Bu layihə ölkənin strateji baxımdan önəmli bölgəsi olan Lənkəran-Astara iqtisadi rayonunda mövcud potensialın dəyərləndirilməsi və kənd təsərrüfatı sahədində meyvə-tərəvəz alt sektorunun inkişaf etdirilməsi məqsədi ilə regiona potensial alıcı və investisiyaların cəlb olunması üçün dəyərli bir fürsət yaradır.

Ölkədə dayanıqlı və sürətlə inkişaf edən iqtisadiyyat, regionun beynəlxalq nəqliyyat dəhlizləri üzərində strateji yerləşməsi, xüsusilə subtropik məhsullar üçün kənd təsərrüfatı şərtlərinə uyğun iqlim şərtləri, investisiya üçün əlverişli şərait və asan iş qurma imkanları, investorlar üçün xarici sərmayə məhdudiyyətinin olmamasını nəzərə alaraq, Körfəz Əməkdaşlıq Şurası ölkələrindən əlaqədar meyvə və tərəvəz sektoru üzrə investorlar və alıcılar üçün Lənkəran rayonunda KƏŞ ölkələri-Azərbaycan İnvestisiya görüşü keçirilmişdir.  Tədbir kənd təsərrüfatında meyvə-tərəvəz sektoru üzrə Lənkəran-Astara iqtisadi rayonunun ixrac potensiallı məhsulları, regionun gələcək vəd edən investisiya potensialı ilə bağlı təqdimatlar, biznesdən-biznesə (B2B) formatında görüşləri və sahə səfərlərini əhatə etmişdir.

Layihə çərçivəsində Astara rayonunda da müəyyən işlər görülmuşdür. Belə ki, Kijəbə qəsəbəsi, Ojakəran, Pensər və Təngərüd kəndlərində ümumilikdə 2.0 ha sahədə erkən, orta və gec yetişən sertifikatlı narıngi sortundan istifadə etməklə Astara intensiv narıngi nümayiş bağları salınmışdır. Bu bağlarda istehsal ediləcək məhsulların gələcəkdə “Made in Astara city of Azerbaijan” brendi adı ilə dünya bazarlarına çıxarılması nəzərdə tutulmuşdur.

İcra başçısı qeyd etmişdir ki, dövlətimiz aqrar sahənin inkişafına böyük diqqət yetirir. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin keçirilməsi, “Çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə əlaqədar Dövlət Proqramı”nın qəbul edilməsi,  yeni salınan intensiv sitrus meyvə bağlarının hər hektarına görə kifayət qədər subsidiyanın verilməsi bu sahələrin inkişafına şərait yaratmışdır. Bunun nəticəsidir ki, son illərdə innovativ üsullarla on hektarlarla yeni sitrus meyvə bağları salınmış və bu işlər davam etdirilir. Həmçinin, respublikada, ümumiyyətlə, Cənubi Qafqazda ilk dəfə Astarada salınan meyvə bağlarında avokado və digər müxtəlif ekzotik meyvə sortlarının yetişdirilməsinə başlanmışdır. Bu bağlarda çalışan sakinlər həm məşğulluqlarını təmin edir, həm də bu yeni növ meyvələrin yetişdirilməsi təcrübəsini öyrənirlər.

Qəbul zamanı Körfəz Əməkdaşlıq Şurası ölkələrinə ixrac və bu ölkələrdə fəaliyyət göstərən iş adamları ilə faydalı işgüzar münasibətlərin qurulması, rayonda istehsal olunan dadı, keyfiyyəti ilə fərqlənən ekoloji təmiz məhsulların öz ölkələrinin bazarlarına çıxarılmasının təşviq edilməsi və investorların rayona dəvət edilməsindən ötrü qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Keçidlər