Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 8-13-94

Lomin kəndində səyyar qəbul və görüş

12 iyun 2025 | 17:36

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Lomin kəndində əhali ilə görüş keçirtmişdir.

İcra başçısı yerlərdə keçirilən səyyar qəbulların mütəmadi hal aldığını, ənənəyə çevrildiyini bildirmiş, bunun əhəmiyyəti barədə danışmışdır. Qeyd etmişdir ki, rayonun ayrı-ayrı yaşayış məntəqələri barədə tam məlumatlı olmağımıza baxmayaraq bu görüşlərdə vətəndaşları bir daha dinləyir, qaldırılan məsələlərin aktuallığını dəyərləndirərək həlli baradə tədbirlər həyata keçiririk. Bunun nəticəsidir ki, əksər yaşayış məntəqələrimizdə qlobal əhəmiyyətli problemlər demək olar ki, qalmamışdır.

Dağ kəndlərimizin, o cümlədən Lomin kəndinin problemləri əraziyə asfalt yollar çəkilməklə həllini tapmağa başlamış, minlərlə vətəndaşımızın rahatlığı təmin olunmuşdur. Hər bir ərazinin inkişafı yolla bağlıdır. On il əvvəl rayon mərkəzinə getmək üçün günlərlə vaxt itirir, çətinliklərlə üzləşirdik. İndi isə ilin bütün fəsillərində şəxsi minik maşınları və ictimai nəqliyyat çox rahat şəkildə bu yollarda hərəkət edir. Asfalt yolların çəkilişindən sonra yol boyu istirahət yerləri salınmış, bu ərazilər rayona gələn turistlərin ən çox səyahət etdiyi məkana çevrilmişdir. Elə bu kənddə yeni istifadəyə verilən Sımpark istirahət mərkəzi də qonaqlar üçün çox cəlbedicidir.  

Ötən görüşümüzdə qaldırdığınız əsas məsələlərdən biri elektrik xətt təsərrüfatının təmiri idi. Artıq məlumatlısınız ki, Lovayın yarımstansiyasından başlayaraq bu istiqamətdə bütün yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsinə başlanmış və bu iş davam edir. Digər bir məsələ internet xəttinin çəkilişi idi ki, bu məsələ də həllini tapmışdır.  

İcra başçısı Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentin uzaqgörənliyi ilə müstəqil dövlətimizin qazandığı nailiyyətlərdən, iqtisadi gücünü artırmaqla bütün sahələrdə müəyyən etdiyi hədəflərə çatmasından danışmışdır. Qeyd etmişdir ki, iki gündən sonra xalqımız Milli Qurtuluş Gününü qeyd edəcəkdir. Çox da uzaq olmayan həmin tarixi hamımız yaxşı xatırlayırıq. Ulu Öndər xalqın təkidli tələbləri ilə ikinci dəfə hakimiyyətə qayıtmasaydı bugünkü müstəqil Azərbaycan da olmazdı. Ümumilli Liderimiz xilaskarlıq missiyasını yerinə yetirərək böyük uzaqgörənliklə separatçı qüvvələri tərksilah etdi, qardaş qanının tökülməsinin qarşısını aldı. Ölkəmizi parçalanmaqdan qorudu və bugünkü müstəqil, suveren Azərbaycanımızın təməlini qoydu.

Bir neçə gün öncə cənab Prezidentin işğaldan azad edilmiş Laçın şəhərində Türkiyə və Pakistanın dövlət başçılarını qarşılaması, bu iki qüdrətli dövlət rəhbərləri ilə birlikdə Laçın beynəlxalq hava limanı və digər yeni tikilən obyektlərlə tanışlığı, birgə bəyanatla çıxış etmələri bizi çox qürurlandırdı.    

Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman ordumuzun yenilməz gücü ilə azad edilmiş torpaqlarda düşmənin vəhşicəsinə talan etdiyi yaşayış məntəqələrinin bərpası işləri aparılır. Bilirsiniz ki, bu milyonlarla, milyardlarla vəsait tələb edir. Amma sevindiricidir ki, güclü iqtisadiyyata malik dövlətimiz bütün bunların öhdəsindən dəyanətlə gəlir. Qarabağ və Şərqi Zəngəzurla yanaşı digər rayonlarımız da durmadan inkişaf edir. Əhalinin sosial rifahı üçün dövlət səviyyəsində tədbirlərin həyata keçirilməsi davam edir.  

Cənab Prezidentimiz sayəsində ölkəmizdə əmin-amanlıqdır, sabitlikdir. Bizim də əsas vəzifəmiz ölkə rəhbəri ətrafında sıx birləşməklə, bu əmin-amanlığı qorumaq və dövlətimizin hərtərəfli inkişafına əməli işimizlə töhfəmizi verməkdir.

Sakinlər çıxış edərək ölkə Prezidentinin apardığı məqsədyönlü siyasəti ürəkdən bəyəndiklərini, ölkəmizin iqtisadi qüdrətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində atdığı hər bir qətiyyətli addımdan qürur duyduqlarını bildirmişlər. Son illər rayonumuzda aparılan abadlıq-quruculuq işlərindən danışaraq göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, vətəndaşları yerində dinləyərək problemlərinin həllinə göstərdiyi köməkliyə görə icra başçısına təşəkkür etmişlər. Çıxış edənlər kəndə qaz xəttinin çəkilməsinə, odun yanacağı ilə təmin edilməsinə, məhəllə yolunun təmir edilməsinə, yay aylarında elektrik gərginliyinin artırılmasına, bəzi evlərə gedən internet xətti üçün əlavə dirəklərin basdırılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək problemlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlarını vermişdir.

Keçidlər